Çinin Chery şirkəti Tiggo 8 Pro krossoverini keçən ilin yazında nümayiş etdirib, lakin o zaman bürünc dekoru, buraxılış sisteminin effektli “qoşalüləsi” və idman diffuzoru olan tamötürməli 390T top versiyasının şəkilləri dərc edilmişdi. İndi isə, krossoverin 290T indeksli ön ötürməli baza versiyası işıq üzü görüb.

Baş vermiş dəyişikliklər eksteryerlə məhdudlaşıblar, çünki bütün Chery Tiggo 8 Pro modellərinin interyer dizaynı eynidir: üztünlük iki 12,3-düymlük displeyli olan klasterdə verilir. Pro indeksi olan "səkkizliyin" əsas xüsusiyyətləri aşağı hissəsi “kəsilmiş” sükan çarxı və daha bahalı tərtibat materiallarıdır. İkinci sıranın oturacaqlarını bütövlükdə və ya ayrılıqda uzununa hərəkət etdirmək olar, üçüncü sırada isə, stəkanaltıları olan iki kreslo var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Chery Tiggo 8 Pro modelinin baza versiyası 1,6-litrlik turbomühərrik (197 at qüvvəsi, 290 Nm) və 7-pilləli preselektiv "robot" ilə təchiz edilir, tam ötürmə isə nəzərdə tutulmayıb. Daha güclü 2,0-litrlik mühərrik (254 at qüvvəsi, 390 Nm)  ilə təchiz edilmiş versiyada oxşar ötürmələr qutusu var, lakin ən bahalı krossoverlər arxa oxu qoşma muftası olan tam ötürməli transmissiyaya malikdirlər.

Çinində Chery Tiggo 8 Pro modelinin qiyməti 127 - 175 min yuan (32 - 44 min manat) arasında dəyişir. Baza versiyasının ixrac perspektivləri barədə məlumat verilməyib. Bununla belə, çinlilər digər bazarlara yenilənmiş tamötürməli Tiggo 8 modelini ixrac etməyi planlaşdırırlar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.