Chevrolet şirkəti ortamühərrikli Corvette modelinin ilk fotoşəkillərini dərc edərək, onun təqdimat tarixini açıqlayıb – 18 iyul 2019-cu il. Yeni sportkarın istehsalı GM-in Kentukki ştatının Boulinq-Qrin şəhərindəki zavodunda yerləşdiriləcəkdir. Yeni modelin istehsalına sentyabr ayında başlanacağı ehtimail olunur.

Corvette modelinin uzun tarixi boyunca ilk dəfədir ki, Chevrolet şirkəti modelin quruluşunu dəyişmək qərarına gəlib. Artıq Corvette ortamühərrikli olacaqdır. Məlumdur ki, General Motors dəfələrlə bazanın daxilində mühərriki olan modeli bazara çıxarmağa cəhd edib. Belə quruluşu olan ilk sınaq avtomobili 1959-cu ildə peyda olub və XP-719 adlanıb.

Hələlik yeni Corvette modelinin texniki hissəsi barədə məlumat verilməyib. Şayiələrə görə, sportkarın mühərrik çeşidinə yalnız səkkiz silindrli atmosfer və biturbo mühərrikləri daxil edilib. Transmissya - səkkiz pilləli iki muftalı ZF “robotudur”. Bu “robot” Porsche modellərində də quraşdırılır. Şirkət daxilindəki mənbələr Corvette C8 modelinin Emperor (İmperator) adlı tamçəkişli hibrid modifikasiyasının olacağını da bildiriblər.

General Motors konserninin qeydə alınmış patentlərə nəzər salsaq, yeni Corvette modelinin hərəkət edən yan ətəkləri və spoyleri olan aktiv aerodinmaka kompleksinə, küləyin gücünü hesaba alan qapıların elektrik ötürməsinə və aerodinamik təzyiq mərkəzini dəyişən lift-sistemi olan asqıya sahib olacağı görünür.

Səkkizinci nəsil Corvette modelinin başlanğıc qiyməti 60-70 min dollar olacaqdır.