Ford şirkəti Volkswagen əsaslı Explorer elektrik krossoverini nümayiş etdirib. Yenilik Avropada hazırlanıb və burada o, Mustang Mach-E adını almış başqa bir Ford elektromobili ilə paralel olaraq satılacaqdır. Explorer alman MEB platformasına əsaslansa da, onu oxşar ölçülü Volkswagen ID.4 modelindən mümkün qədər fərqli etməyə çalışıblar. Ford elektrik krossoveri brutal görünüşə və amerikalı adasına incə istinadlara sahib olub.

Ford Explorer elektrik krossoverinin ön hissəsində yanacaqlı Ford krossoverini xatırladan, bumeranq şəklində LED elementlərə malik olan mürəkkəb formalı fənərlər var. Modelin adı kapotdan fənərlərin arasındakı zolağa endirilib, ondan aşağıda isə, radiator barmaqlığının yerində, bağlı panel var. Yanacaqlı modelə başqa bir istinad C-naxışı olan fənərlərdir.

Eyni zamanda, yeni elektrik krossoverinin interyeri daha çox Mach-E modelindəkinə bənzəyir. Yastılaşdırılmış yuxarı və aşağı hissəsi olan sükan çarxının arxasında rəqəmsal cihazlar paneli var, sağda isə SYNC Move 2 multimedia sisteminin 14,6 düymlük şaquli istiqamətli sensorlu ekranı yerləşir. Ekran hərəkətlidir: müxtəlif hündürlükdə boyu olan sürücü və sərnişinlərin rahatlığı üçün onun əyilmə bucağı dəyişdirilə bilər.

Mərkəzi tuneldə 17 litrlik saxlama bölməsi quraşdırılmışdır ki, oraya, məsələn, 15 düymlük displeyi olan noutbuku yerləşdirmək olar. Beşyerlik krossoverin salonunun ümumi tutumu təxminən 470 litrdir.

Standart olaraq, Explorer elektrokrossoveri sürücü üçün masaj funksiyası olan qızdırılan ön oturacaqlar, iki zonalı klimat-kontrol, açarsız giriş və “əllər sərbəst” açıla bilən arxa qapı ilə təchiz olunacaqdır. Üstəlik o, Avropada qabaqcıl zolaq dəyişdirmə köməkçisi və qapıları açmazdan əvvəl yaxınlaşan velosipedçilər barədə xəbərdarlıq edən Clear Exit Assist funksiyasına malik ilk Ford avtomobili olacaqdır.

Ford elektrik krossoverinin texniki içalatı haqqında məlumat hələlik açıqlanmır. Sadəcə, elektromobilin arxa və ön ötürmə ilə təklif olunacağı və  25 dəqiqəyə onun batareyasının 10 faizdən 80 faizə qədər doldurula biləcəyi bildirilib. “AutoExpress” nəşrinin məlumatına görə, elektrokrossoverin baza variantı 170 at qüvvəli mühərrikə və 351 kilometr məsafə qət etməyə imkan verən 52 kilovat-saatlıq batareyanı alacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İnsayderlərin bildirdiyinə görə, alternativ olaraq 231 at qüvvəli mühərrik və 77 kilovat-saatlıq batareya (539 kilometr) ilə təchiz edilən versiya təklif ediləcəkdir. Ən güclü elektrokar 340 at qüvvəsi hasil edən ikimühərrikli güc qurğusunu alacaqdır. To versiya dolu batareya ilə 491 kilometrə qədər məsafə qət edəcəkdir.

Bununla belə, Ford Explorer elektrokarının təxmini qiymət məlumdur: Köln istehsalı olan Explorer modelinin satışlarına 2023-cü ilin sonunda başlanmalıdır. Onun qiymətinin 45 min avrodan başlanacağı gözlənilir. Bu arada, Avropada elektromobilə sifarişlərin qəbuluna başlanılıb. Ford 2030-cu ilə qədər Avropada təklif edilən minik avtomobilləri çeşidini tamamilə elektrikləşdirməyi planlaşdırır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.