Ford Focus modelinin dördüncü nəsli geniş modifikasiya çeşidi ilə təklif edilən avtomobillərdən biridir. Məlumdur ki, Avropada Focus idman ST-Line, “hündürləşdirilmiş” - Active , premium - Vignale və “qaynar” ST modifikasiyalarında təklif edilir. Lakin, amerikan markası bu cərgədə daha bir modifikasiyaya yer olacağını düşünür. Beləliklə, Ford Focus modelinin xəttində Active X Vignale modifikasiyası peyda olub.

Hetçbek və universal “krossover” üslubuna xas olan plastikdən müdafiə qurşağını, damdakı relinqləri və artırılmış klirensi qoruyub-saxlamaqla yanaşı, “adi” Active versiyasından 17-düymlük təkər diskləriŞ qara rəngli dam və güzgü gövdələri isə seçilir. Salonda  isə Vignale modellərində rast gəlinən dəri ilə örtülmüş oruracaqları və sükan çarxını görmək olar. Ford Focus Active X Vignale modelinin baza təchizatına proyeksiya displeyi və avtoparklanma sistemi daxildir.

Lakin, modifikasiya çeşidinin genişlənməsi bununla məhdudlaşmayacaqdır. Gələn il Avropa bazarında Ford Focus modelinin 48-voltluq şəbəkəyə malik olan “yumşaq” hibrid modifikasiyası satışa çıaxrılacaqdır.