Hər kəs artıq Volvo markasının Çinin Geely konserninə məxsus olduğunu öyrənib. Ancaq, əslində heç də belə deyil -minik avtomobilləri istehsal edən Volvo Cars şirkəti, Geely Auto avtomobil istehsalçısının ən böyük səhmdarı olan Çinin Zhejiang Geely Holding Group holdinqinin tərkib hissəsidir.

Yəni rəsmi olaraq, Volvo və Geely markaları sahibi bir olsalar da, onlar bir-biri ilə əlaqəli deyillər. Bir il əvvəl iki şirkətin birləşməsi planı olsa da, holdinqin rəhbərliyi bu barədə qərar qəbul etməyib: idarəetmə və strateji planlaşdırma baxımından hər iki marka müstəqilliklərini qoruyub saxlayıblar. Buna baxmayaraq, Volvo və Geely arasındakı əməkdaşlıq genişləndiriləcəkdir.

SEA platforması

Bu gün elan edilən ortaq fəaliyyət strategiyası, Volvo və Geely markalarının mühərrik bölmələrinin birləşməsini nəzərdə tutur. Hər iki markanın avtomobilləri üçün daxili yanma mühərriklərinin, hibridlərin və transmissiyaların yaradılması ilə, ilin sonuna qədər ayrı bir şirkətə ayrılacaq vahid mühəndis qrupu həyata keçirəcəkdir (qrupun adı belə yoxdur). Artıq elektromobil platformalarının, dartma batareyalarının və pilotsuz texnologiyaların yaradılması da birlikdə aparılacaqdır. 

Gələcək SPA2 (daxili yanma mühərriki olan avtomobillər üçün) və SEA (elektromobillər üçün) platformaları ümumi olacaqdır. Üstəlik, yeni platformalar, öz modellərinin yaradılmasında Maraqlı olan digər şirkətlrərə də təklif ediləcəkdir. Bütün bunlar, əlbəttə ki, unifikasiya səviyyəsini yüksəltməli, xərcləri isə azaltmalıdır.

Lynk&Co 06

Yeni strategiyanın başqa bir məqamı, Geely holdinqinin tərkib hissəsi olan və beynəlxalq bazara çıxmaq ümidini itirməyən müştərək Lynk&Co markası ilə əlaqədardır. Bunun üçün, Volvo markasının geniş diler və servis mərkəzlərindən istifadə etmək nəzərdə tutulur.