General Motors konsernin tərkibinə daxil olan GMC şirkəti dirçəldilmiş Hummer modelini təqdim edib. Əfsanəvi adı artıq üçmühərrikli elektrik güc qurğusuna, CrabWalk rejiminə, tam idarələnən şassiyə və 18 kameralı dairəvi müşahidə sisteminə malik olan elektrik pikapı daşıyır.

Artıq bu ilin əvvəlində GMC Hummer EV modelinin müstəqil asqısı olan yeni modul platformada inşa ediləcəyi və kimyəvi tərkibi LG Chem şirkəti ilə birlikdə yaradılmış Ultium batareyası ilə təchiz olunacağı bildirilmişdi. Bu batareyada daha az bahalı kobalt var. Batareya 24 ayrı moduldan ibarətdir.

Bununla belə, istehsalçı batareyanın tutumunu açıqlamayıb. Ancaq batareyanın 800 voltluq gərginlik altında işlədiyi və 350 kilovata qədər sabit cərəyan yüklənməsini dəstəklədiyi məlumdur. Belə terminala qoşulmaqla, 10 dəqiqə ərzində 160 kilometr əlavə yürüş məsafəsi əldə etmək olar. Batareya kipdir və polad təbəqələrlə örtülmüşdür. Buna görə də, Hummer EV modeli 45 santimetrlik qayalara çıxmaq və 600 millimetrdən çox dərinliyi olan çay keçidini qət etmək iqtidarındadır.

Ultium batareyası Ultium Drive ötürməsinə malik olan üçmühərrikli e4WD güc qurğusunu qıdalandırır. Ən güclü pikap 1.014 at qüvvəsinə və təkərlərdəki 15.590 Nm fırlanma anına malikdir. Belə pikap 60 mil/saat (97 km/saat) həddinə üç saniyədən az müddətə sürətlənir və batareyanı doldurmadan 560 kilometrdən çox məsafəni qət edir. Daha sadə versiyalar da olacaq, ancaq onları bir neçə il gözləmək gərəkdir.

Yeni Hummer beş nəfərlik salona və çıxarılan damı olan dördqapılı pikapdır. Lazım gələrsə, şəffaf panelləri ön baqaj bölməsində gizlədərək avtomobili kabrioletə çevirəmək olar. Bundan başqa, Hummer EV modeli üçün klirensi 149 millimetr artırmağa imkan verən Extract Model (əslində, 2022-ci ildə proqram yeniləməsindən sonra işləyəcək) rejimi olan pnevmatik asqı və pikapa diaqonal üzrə hərəkət etməyə imkan verən CrabWalk funksiyasına sahib olan tam idarələnən şassi nəzərdə tutulub.

Bundan başqa, yeni Hummer modelinin yolsuzluq arsenalına UltraVision hərtərəfli görmə sistemi daxil edilib. Bu sistem 18 kameradan ibarətdir ki, kameraların iki təkərlərin altındakı relyefin və ya qarşıya çıxan əngəllərin ilkin qiymətləndirilməsinə imkan verir. Üstəlik, multimedia sisteminin ekranına və rəqəmsal cihazlar panelinə təkərlərdəki an, gövdənin əyilmə bucaqları, differensialın kilidlənməsi və yükləmələr barədə məlumatları çıxarmaq olar.

İlkin olaraq satışa GMC Hummer EV modelinin ən bahalı və güclü modifikasiyası olan Edition One modeli çıxarılacaqdır. Pikap interyerin premium materiallar ilə tərtibatına, ən son Super Cruise avtopilotuna, altı vəziyyəti olan çoxfunksiyalı MultiPro yük qapısına, arxa pəncərənin elektrik ötürməsinə və 35-düymlük Goodyear Wrangler Territory MT təkərləri taxılmış 18-düymlük disklərinə sahib olacaqdır. 

Hummer EV Edition 1 modelinin istehsalına Factory ZERO Detroit-Hamtramck Assembly Center müəssisəsində 2021-ci ilin payızında başlanacaqdır. Pikapın qiyməti 112,595 dollar olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

2022-ci ilin payızında 99,995 dollara satılacaq Hummer EV3X modeli satışa çıxacaqdır. Üç elektrik mühərrikinə sahib olan pikap 811 at qüvvəsi gücə və 480 kilometrlik yürüyüş məsafəsinə malik olacaqdır. 89.995 dollara satılacaq ikimühərrikli 634 at qüvvəli Hummer EV2X modelinin buraxılmasına 2023-cü ilin yazında başlanacaqdır. Nəhayət, 2024-cü ilin yazında ikimühərrikli, adii asqılı və 400 kilometrlik yürüş məsafəsinə malik olan Hummer EV2 modeli debüt edəcəckdir.

GMC Hummer EV modelinin rəqibləri Rivian R1T, Tesla Cybertruck, Bollinger B2, Ford F-150 elektrik pikapı və Lordstown Endurance modelləri olacaqdırlar.