Texasda fəaliyyət göstərən amerikan Hennessey Performance tüninq atelyesi öz layihələri ilə məşhurdur. Ağır pikaplar ilə yanaşı, şirkət standart dördtəkərli modellərin əsasında güclü üçoxlu pikapları hazırlayır. Bu sinifin ən qaynar yeniliyi ekstremal Ford Raptor R seriya modelinə əsaslanan ən yeni Hennessey VelociRaptoR 6x6 modelidir. Bu pikap günümüzdə buraxılan ən çılğın avtomobillərdən biridir.

VelociRaptoR 6x6 pikapının kuzovu üçüncü nəsil Ford F-150 Raptor modelinə əsaslanan VelociRaptor 6x6 pikapını təkrarlayır. Yük platformasının uzunluğu 2,4 metrə qədər, klirens isə 76 millimetr artırılıb, hər iki arxa oxun asqısında Fox amortizatorları quraşdırılıb və təkərlərarası differensialların kilidləri peyda olub.

Pikapın həndəsi keçid qabiliyyəti yaxşılaşdırmaq üçün xarici diametri 37 düym olan şinlər taxılmış 20-düymlük təkər diskləri nəzərdə tutulub. Eyni zamanda, mühərrik standart olaraq qalıb - “əjdahanın” kapotunun altında Ford Raptor R modelində quraşdırılan, Mustang Shelby GT500 superkarından götürülmüş 710 at qüvvəli 5,2-litrlik Predator V8 mühərriki var.

Image alt Image alt Image alt Image alt

Avtomobilin qalan hissəsi dəyişməyib və bu əslində Hennessey VelociRaptor 6x6 pikapının daha güclü versiyasıdır. Ancaq iki model arasındakı qiymət fərqi daha ciddidir. Əgər VelociRaptor 6x6 üçün Amerika tüner 400 min dollar tələb edirsə, onda VelociRaptoR 6x6 alıcılara ən azı 500 min dollara başa gələcəkdir. Bu məbləğa orijinal Ford Raptor R modelinin qiyməti də daxildir.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.