Los-Anjelesdə keçirilən avtosalonda Jeep şirkəti Gladiator modelini rəsmi olaraq geniş kütlə qarşısına çıxarıb. Gladiator məşhur Wrangler ofrouderinin bazasında inaş edilib və onunla eyni dizayna malikdir. Pikap dörd versiyaya, iki növ tam çəkiş sisteminə, elektronika ilə söndürülən stabilizatorlara və 33 düymlük təkərlərə sahibdir.

Yeni pikap bazasında inşa edildiyi Wrangler modelində yuxarı hissəsi daha maili olan radiator bamaqlığı və bu barmaqlıqdakı firma kəsiklərinin ölçüsü ilə seçilir. Bu dəyişikliklər pikapın aerodinamikasının və mühərrikinin soyudulması sisteminin yaxşılaşdırılması məqsədi ilə edilib. Bundan başqa, qapı petlələrində qapıları çıxarmaq üçün gərək olan Torx kötəyinin ölçüləri də həkk edilibdir.

Jeep Gladiator modelinin klirensi 282 millimetrdir. Avtomobilin rampasının giriş və çıxış bucaqları, müvafiq olaraq, 43,6 və 20,3 dərəcə təşkil edir.Pikap 762 millimetrlik çay keçidini rahatlıqla qət edir. Gladiator üçün iki növ tam çəkiş sistemi təklif edilir: paylayıcı qutuya və hər iki körpüdə quraşdırılmış elektron qapanmalı Tru-Lok differensiallarına malik olan Rock-Trac və ön oxun məcburi qoşulması olan Command-Trac sistemi. Gladiator yeni nəsil gücləndirilmiş Dana 44 körpüləri, Rubicon versiyası isə 33-düymlük yolsuzluq şinləri ilə təchiz edilir.

Pikap ilk zamanlarda 3,6-litrlik V6 Pentastar benzin və 3,0-litrlik EcoDiesel dizel mühərrikləri təklif ediləcəkdir. Benzin mühərriki 289 at qüvvəsi və 353 Nm fırlanma anı hasil edir. Dizel aqreqat isə 264 at qüvvəsinə və 599 Nm fırlanma anına malikdir. Benzin mühərrik altı pilləli müxaniki və ya səkkiz diapazonlu “avtomat” ilə tandemdə çalışa bilər. Dizel aqreqatının payına isə yalnız avtomatik qutu düşübdür.

Gladiator modelinin təchizatına 5,0, 7,0 və 8,4-düymlük ekranı olan Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən dördüncü nəsil Uconnet multimedia kompleksi, USB və USB-C portları, məişət texnikasının qoşulması üçün rozatka, 7-düymlük rəqəmsal cihazlar paneli, ön yolsuzluq kamerası (Rubicon), işıqdiodlarından optika, sabvuferi və naqilsiz dinamiki olan kiçik ölçülü dok-stansiya daxildir.

Şimali Amerikada Jeep Gladiator dörd modifikasiyada Sport, Sport S, Overland və Rubicon təklif ediləcəkdir. Overland və Rubicon versiyaları üçün yeyin çıxarılan panelləri və arxa şüşənin müxaniki ötürməsi olan üçseqmentli sərt damın iki variantı təklif ediləcəkdir. Pikapı Sunrider yumşaq tavan örtüyü ilə də sifariş etmək mümkündür. Pikapın satışlarına 2019-cu ilin ikinci rübündə start veriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt