35 düymlük şinləri olan Xtreme Recon paketi indi ikiqapılı Jeep Wrangler Rubicon və Willys modelləri üçün də əlçatandır. Lakin indi o, Xtreme 35 Tire adlanır və eyni tərkibə malikdir: 17-düymlük disklər, BFGoodrich All-Terrain T/A KO2 şinləri, 1,5-düymlük (38 millimetrlik) zavod liftinq dəsti, amortizatorın “unikal” tənzimləmələri,,baş pillənin 4,56 :1 ötürmə nisbəti və gücləndirilmiş arxa qapı cəftələri. Bu paket,62 295 dollar qiyməti olan Wrangler Rubicon X üçün standart təchizatdır. Qalan versiyalar üçün bu paket 4,495 dollar qarşılığında əlçatandır.

35-düymlük təkərlərin quraşdırılması avtomobilin həndəsi parametrlərinə və müvafiq olaraq, ofroud qabiliyyətinə təsir göstərir: giriş (47,2°), çıxış (40,4°) və eniş (32,4°) bucaqları, klirens (320 millimetr) və çay keçidi dərinliyi (864 millimetr) artır. Xtreme 35 Tire paketi ilə təchiz olunmuş Jeep Wrangler Rubicon modelinə sifarişlər artıq qəbul edilir. Bu paket Willys versiyası üçün birinci rübün sonuna qədər əlçatan olacaq. Hər iki versiyanın Ohayodakı Toledo Assembly Plant zavodundakı istehsalına mart ayında başlanılır.

Dördqapılı ofrouderlər üçün daha da ekstremal komponentlər dəsti American Expedition Vehicles atelyesi tərəfindən təklif olunur. Level II paketi 2,0 düymlük (51 millimetrlik) liftinqə və xarici diametrli 37 düym olan BFGoodrich All-Terrain T/A KO2 şinlərinə malikdir. Onunla Wrangler ofrouderinin klirensi 356 millimetrə qədər artır, çay keçidinin maksimal dərinliyi 940 millimetrə çatır. Giriş, çıxış və eniş bucaqları müvafiq olaraq 50, 43 və 33 dərəcədir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.