Bu günlərdə internet şəbəkəsində BMW i5 elektrik sedanının kamuflyajsız görüntüsü peyda olub. Reklam çarxından götürülmüş kadr kimi görünən şəkli sosial şəbəkələrdə dərc ediblər. Göründüyü kimi, şəkildə əks olunan “yaşıl” sedandır, lakin o, zahiri cəhətdən yeni G60 nəslindən olan 5 Series ailəsinin digər nümayəndələrindən o qədər də fərqlənməyəcəkdir.

BMW şirkəti eyni üsulundan artıq 7 Series xəttindən olan bayraqdar sedan da istifadə edib. Bununla belə, 5 Series, bayraqdar ailənin nümayəndələrindən fərqli olaraq, daha təmkinli dizayna sahib olacaqdır.

Bu dəfə BMW dizaynerləri BMW 7 Series sedanında və i7 elektrokarında tətbiq etdikləri cəsarətli qərarlardan imtina etməyə qərar veriblər. "Beşlik" nəhəng radiator barmaqlığını və ya bölünmüş ön optikanı almayacaqdır. Əvvəlki tizerdən göründüyü kimi, demək olar ki, ənənəvi formaya malik olan “burun dəlikləri” kontur işıqlandırması ilə müasirləşdiriləcək, qapı tutacaqları digər yeni BMW avtomobillərindəki kimi kuzovda gizlədiləcəklər.

İnteryer üçün zəngin işıqlandırma və geniş ekranlı multimedia sistemi elan edilib. BMW i5 elektromobilinin alman istehsalçısının qabaqcıl texnologiyalarının nümayişçisi olacağı gözlənilir: məsələn, elektromobil üçün artıq doqquzuncu nəsil üfüqi yerlədəyişmələrə nəzarət (Vertical Dynamics Management) sistemi bəyan edilib. O, adaptiv asqının sərtliyini tənzimləyir, amortizasiya gücünü hesablamaq üçün isə, cari hərəkət şəraiti barədə məlumatlardan istifadə edir.

Bundan əlavə, i5 modeli Highway Assistant avtoban köməkçisi olan Driving Assistant Proffesional kompleksini alacaqdır. O, 130 km/saata qədər sürətlərdə işləyir, qarşıdakı avtomobillər ilə ara məsafəsi saxlayır, zolaqların sərhədlərini görür və sərbəst şəkildə qonşu zolağa keçə bilir. Başqa bir nou-hau baxışla idarəetmə olacaqdır - sürücü yan güzgüyə baxdıqda, zolaq dəyişikliyi baş verəcəkdir. Bu texnologiya sözügedən avtopilotun bir hissəsi olacaqdır.

BMW i5 modelinin beşinci nəsil eDrive ötürməsi və yeni növ batareyaya sahib olacağı da məlumdur. Fərqli ölçülərə və kimyəvi tərkibə keçid zamanı xüsusi tutumun 20% artırılmasını vəd edən akkumulyator texnologiyası elektrik sedanın əsas rəqabət üstünlüyü olmalıdır.

Qeyri-rəsmi məlumatlara görə, i5 iki modifikasiyada debüt etməlidir: eDrive40 və 600 at qüvvəsi hasil dən güc qurğusuna malik olan M60 versiyası. Elektromobil ilə eyni vaxtda benzin və dizel mühərrikli 5 Series sedanları (onların hamısı startyor-generator şəklində elektrik üstqurumunu alacaqlar), həmçinin 530e və 550e plagin hibridləri debüt etməlidirlər. Modifikasiya çeşidinin zirvəsində (M5 modeli debüt edənə qədər) M560e xDrive modifikasiyası yerləşəcəkdir.

G60 kod adlı yeni nəsil 5 Series sedanlarının Almaniyadakı istehsalına cari ilin yay aylarında başlanmalıdır. Yeni model Avropadakı dilerlər salonlarında oktyabr ayında peyda olmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.