Kia şirkəti Azərbaycan bazarında da satılma ehtimalı olan Seltos krossoveri barədə məlumat verib. «Autocar» dərgisinin hindistan bölümünün əməkdaşları avtomobilin ölçülərini və mühərrikləri barədə məlumatı əldə ediblər.

Kia Seltos modelinin qabarit uzunluğu 4315 mm, eni - 1800 mm, hündürlüyü isə 1620 mm təşkil edir. Modelin təkər bazası 2610 mm bərabərdir. Beləliklə, Kia Seltos modeli əkizi olan Hyundai Creta modelindən 45 mm uzun, 20 mm enli və 45 mm alçaqdır. Klirensə gəldikdə isə, hər iki avtomobildə bu göstərici 190 mm təşkil edir.

Hindistan bazarında Kia Seltos 115 at qüvvəli 1,5-litrlik atmosfer mühərriki, 140 at qüvvəli 1,5-litrlik dizel mühərriki və eyni gücə malik olan 1,4-litrlik turbomühərrik ilə təklif ediləcəkdir. Transmissiyalar: beş pilləli mexaniki və altıdiapazonlu avtomatik ötürmə qutuları, yeddi pilləli ikimuftalı «robot» və turbomühərrik üçün nəzərdə tutulmuş variatordur.

Bizim bazarda Kia Seltos krossoverinin 146 at qüvvəli 2,0-litrlik atmosfer mühərrriki ilə təklif ediləcəyi ehtimal olunur. Digər bazarlarda 177 at qüvvəli 1,6-litrlik T-GDI turbomühərriki də təklif olunacaqdır. Avtomobilin satışlarına bu il başlanmalıdır. Bizim bazarda Kia Seltos modeli gələn il satışa çıxmalıdır.