Kia Sorento modeli artıq Avropa bazarında hibrid güc qurğusu ilə təklif edilir. Bu dəfə istehsalçı daha mürəkkəb təkrar doldurula bilən hibrid qurğuya malik olan Sorento Plug-in Hybrid krossoveri təqdim edib.

Kia Sorento Plug-in Hybrid modelinin kapotunun altında ilk hibrid modifikasiyada olduğu kimi 180 at qüvvəsi və 265 Nm fırlanma anı hasil edəcn 1.6 T-GDI benzin turbomühərriki yerləşir. Ancaq, alti pilləli avtomatik ötürmələr qutusuna 91 at qüvvəsi və 304 Nm fırlanma anı hasil edən elektrik mühərriki quraşdırılmışdır.

Bu tandemin ümumi hasilatı 265 at qüvvəsinə və 350 Nm fırlanma anına çatır. Beləliklə, Sorento Plug-in Hybrid Avropa bazarında təklif edilən ən güclü modifikasiyadır. Qeyd etmək lazımdır ki, ABŞ bazarında ən güclü Kia Sorento modeli 281 at qüvvəsi və 421 Nm fırlanma anına malik olan 2.5 T-GDi turbomühərriki təklif edilir.

Ötürmə - tamdır. Ən əsası iki hibrid arasındakı əsas fərq litium-ion dartma batareyasıdır. Adi hibriddə 1.49 kilovat-saatlıq batareya ön sərnişin oturacağının altında yerləşdiyi halda, Plug-in Hybrid versiyası salonun döşəməsinin altına quraşdırılmış və əlavə olaraq maye ilə soyudulan 13.8 kilovat-saatlıq batareya ilə təchiz edilir.

Tamamilə elektrik ötürməsi ilə hərəkət rejimi də nəzərdə tutulmuşdur, lakin şirkət dolu batareya ilə qət edilə biləcək yürüş məsafəsini açıqlamayıb.

Kia Sorento Plug-in Hybrid modeli həm beş, həm də yeddi nəfərlik salon ilə təklif olunur və hibrid hissə salonun genişliyinə demək olar ki, heç bir təsir göstərməyib. Baqajın həcmi isə, beş nəfərlik versiya üçün 910-dan 898 litrə, yeddi nəfərlik üçün 187-dən 175 litrə qədər azalıb.

Yenidən doldurula bilən Sorento modelinin satışlarına 2021-ci ilin əvvəlində başlanacaqdır. Adi hibridlər bu payızda satışa çıxarılacaqdırlar.