İki ay bundan əvvəl, Kia şirkəti ABŞ bazarı üçün nəzərdə tutulmuş Sorento X-Line krossoverini təqdim etmişdi. X-Line indeksli krossover 211 millimetrə qədər artırılmış klirensə, tam ötürmə sisteminin “qar” rejiminə, başqa bamperlərə və digər ukikal cizgilərə malikdir.

Satışlarına yenicə başlayan modelə olan marağı artırmaq üçün, istehsalçı seriya avtomobilinə əsaslanan iki konseptual krossoveri nümayiş etdirib - Kia Sorento Yosemite Edition və Zion Edition. Hər iki avtomobil off-road modifikasiyası kimi səciyyələndirilir, lakin onların klirensi standart X-Line krossoveri ilə eynidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Kia Sorento Yosemite Edition modeli dağlara qalxmaq üçün nəzərdə tutulmuşdur. Bu modifikasiya standart avtomobildən yedək qarmaqları olan gücləndirilmiş ön bamperi, damdakı LED “çilçırağı”, təkər tağları və kandarlardakı əlavələr, qapıdakı stikerləri,  32 düymlük təkərləri olan xüsusi 20-düymlük yüngül lehimli diskləri və kuzovdakı tünd rəngli dekoru ilə fərqlənir.

Kia Sorento Zion Edition krossoverinin məskəni qum təpələridir. Bu modifikasiya daha sadə bir kuzov dəstinə (yalnız arxa bamper dəyişdirilib), damdakı baqaj qutusuna, təkər tağlarının genişləndiricilərinə, eyni ölçülü təkərləri olan iki rəngli disklərə və qapılardakı qara haşiyələrə  sahib olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

İnteryer şəkillərinin dərc olmadığını nəzərə alsaq, avtomobillərin salonun orijinal Sorento X-Line krossoverindən fərqlənmədiyini ehtimal etmək olar. Kia belə krossoverləri buraxmağı planlaşdırmır, lakin konsept avtomobillərində tətbiq olunan bəzi aksesuarlar ABŞ-da sifariş üçün əlçatan olacaqdır.