Bu gün Renault Group qrupu Renaulution (yəni “Renault inqilabı”) adı altında növbəti fəaliyyət strategiyasını təqdim edib. Əvvəlki planın bir il bundan əvvəl qəbul edildiyinə baxmayaraq, 2020-ci ilin iyul ayında şirkətin rəhbərinin dəyişməsi planın yenilənməsi ilə nəticələnib. Seat şirkətindən Renault şirkətinə keçən Luka de Meo bu planları yenidən baxılmasına göstəriş verib.

Renaulution strategiyasında çox maraqlı məqamlar var. Məsələn, bizim üçün daha aktual olan Dacia və Lada markasını əhatə planlardır (hər iki marka Renault qrupunun tərkib hissəsidir). Planda əsasən konsernin iyerarxiyasında Lada Rumıniyanın Dacia markası ilə birləşdiriləcəkdir. İdeoloji cəhətdən hər iki brend yaxındırlar (hər iki marka da sadə və ucuz avtomobillər istehsal edir) və onları texniki cəhətdən tam unifikasiyası gözləyir.

İndi Lada və Dacia dörd platformadan istifadə edirlər. Bütün Dacia modelləri B0 platforması (və onun törəmələri) üzərində qurulur, Lada markasında isə Granta, Vesta və Niva üçün platformalar mövcuddur. Eyni zamanda, Lada bu iki markanın ümumi buraxılışının yalnız dörddə birini istehsal edir. Qarşıda optimallaşdırma var. Plana görə, 2025-ci ilə qədər, hər iki marka tamamilə yeni Dacia Logan/Sandero modelləri üçün istifadə edilən CMF-B modul platformasına keçəcəkdir. Model və kuzov növlərinin ümumi sayı 18-dən 11-ə endiriləcək və ümumi istehsal ildə bir milyon avtomobili keçəcəkdir.

Bəs bu AVTOVAZ üçün nə deməkdir? Dörd ildən sonra, yalnız köhnəlmiş Granta və iki Niva modeli deyil, həm də uğurlu sayılan Vesta modelləri tarixin arxivinə gönrəliəcəklər. Rus mühəndislərinin fəaliyyəti CMF-B platforması üçün yeni “üstlüklərin” yaradılması və avtomobillərin Rusiya şəraitinə uyğunlaşdırılması ilə məhdudlaşacaqdır. Yeri gəlmişkən, Renault Group baxımından Lada markası Rough və Tough (“sərt və möhkəm”) kimi xarakterizə olunur.

Renaulution planına görə, 2021 və 2022-ci illərdə AVTOVAZ tamamilə yeni bir model təqdim etməyəcəkdir. Əhəmiyyətli yeniliklər 2023-cü ilə planlaşdırılıb - bunlar B seqmentindən olan iki modeldir (iki varianrda Granta modeli). Daha bir B seqmentindən olan avtomobil (yeni Niva) 2024-cü il üçün planlaşdırılır, 2025-ci ildə Cisə sinifindən olan Lada modeli peyda olmalıdır. Çox güman ki, bu yeni Vesta modeli olacaqdır. Xatırladaq ki, bütün bu modellər vahid Renault platformasında inşa ediləcəkdirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Dacia markasına gəldikdə isə, bu il bir bazara Spring elektromobili çıxacaqdır. B seqmentindən olan iki seriya modelinin 2022 və 2024-cü illərdə debüt etməsi planlaşdırılır. Nəhayət, 2025-ci ildə, C sinifindən olan ilk Dacia modeli debüt etməlidir - böyük ehtimalla, bu avtomobil Vesta modelinin ən yaxın qohumu olacaqdır. Lada-Dacia birliyinin ümumi məqsədi 2025-ci ilədək mənfəətin üç milyarddan beş milyard avroya çatdırmaqdır.