Lamborghini şirkətinin Squadra Corse idman bölməsi Cenevrədə Huracan Super Trofeo Evo modelinin Collector 2019 adlı xüsusi yarış versiyasını təqdim edib. Roger Dubuis saat mexanizminin üslubunda qrafikaya malik olan superkarın təqdimat mərasimi saat manufakturasının mənzil-qərərgahında keçirilib.

Kolleksiya nəşri adi Lamborghini Huracan Super Trofeo Evo modelindən qara-sarı livreyası və Roger Dubuis Excalibur Huracan Performante saatının mexanizm elementlərinin damda çəkilmiş şəkli ilə seçilir. Məhdud saylı buraxılacaq alkantaradan kəməri və təkər diski formasında rotoru olan skeleton Lamborghini Squadra Corse bölməsi ilə əməkdaşlıqda yaradılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Excalibur Huracan Performante mexanizminin dizaynı V10 mühərrikini xatırlatmalıdır. Saatın arxa hissəsinin dizaynı Lamborghini təkər disklərinin üslubunda yaradılıb, qurma başlığı isə, təkər diskin mərkəzi boltuna bənzəyir. Skeletonun kəməri Pirelli R Zero Trofeo R təkərlərinin protektorunu xatırladan rezin əlavəyə malikdir.

Lamborghini Huracan Super Trofeo 2017-ci ilin sentyabr ayında təqdim edilib. Yeni yarış avtomobili sələfindən yuxarı hava girişinin və üzgəcin, həmçinin GT3 kateqoriyasında çıxış edən Huracan modelində ilk dəfə tətbiq edilən dam lyuku ilə seçilir. Avtomobil 620 at qüvvəsi hasil edən 5,2-litrlik V10 mühərriki ilə hərəkətə gəlir.