Lamborghini şirkəti əvvəllər də belə addımlar atıb: kiçik seriya ilə istehsal edilən Reventon, Veneno və Centenario modelləri ilkin olaraq kupe kuzovu ilə işıq üzü görsələr də, sonradan onların açıq kuzovlu versiyaları debüt ediblər.

İndi eyni taleyi Lamborghini Sian superkarı yaşayır: keçən payızda təqdim olunan kupeyə rodster modifikasiyası qoşulub. Yeni superkar kupedən yalnız  kuzovu ilə fərqlənir. Üstəlik, rodsterdə ümumiyyətlə dam yoxdur: hətta qatlanan da. Ən maraqlısı odur ki, qatlanan damı heç əlavə ödənişlə də sifariş etmək mümkün deyil.

Başqa kiçik, lakin maraqlı bir fərq də mövcuddur. Rodsterin mərkəzi havalandırma deflektorlarının orijinal çərçivəsi 3D printerdə hazırlanır, buna görə də, müştəri bu detalın yalnız rəngini və fakturasını deyil, həm də onların üzərində öz adının baş hərflərinin oyulmasını sifariş verə bilər. Xırda bir şey olsa da, qürurvericidir.

Xatırladaq ki, ötən il təqdim edilmiş Sian superkarı yalnız Lamborghini emblemini daşıyan ilk hibrid deyildi, o, həm də "böyük avtomobil sənayesi"nin dartma batareyası əvəzinə superkondensatorlar quraşdırılan ilk seriya modeli idi. Məhz, yeni Lamborghini Sian Roadster  də eyni elektrik sisteminə malikdir.

Modelin əsasını Aventador SVJ modeli təşkil edir: rodster ondan şassi və ön oxda Haldex muftası olan tam ötürmə sistemini alıb. Rodster 785 at qüvvəsi və 720 Nm fırlanma anı hasil edən 6.5-litrlik V12 atmosfer mühərriki ilə hərəkətə gəlir.

Bir muftalı ISR (Independent Shifting Rods) robotlaşdırılmış ötürmə qutusuna 48 volt gərginliklə işləyən, cəmi 34 at qüvvəsi və 38 Nm hasil edən sadə elektrik mühərriki quraşdırılmışdır.. Hibrid qurğunun ən yüksək gücü 819 at qüvvəsidir.

Superkondensator oxşar gücə malik olan batareyadan üç dəfə yüngüldür və daha yüksək enerji mübadiləsi ilə seçilir. Blok sərnişin və mühərrik bölmələrinin arasında yerləşir və cəmi 34 kiloqramlıq çəkiyə malikdir.

Lakin rodster özlüyündə kupedən daha ağır olduğu üçün, onun 100 km/saat həddinə sürətlənmə vaxtı 2,8-dən ilə 2.9 saniyəyə qədər artıb. Maksimal sürət isə kupe ilə eynidir - 350 km/saat.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lamborghini Sian Roadster əsas modeldən daha nadir tapılan avtomobil olacaqdır. Əgər kupenin 63 nüsxəlik tirajla buraxılması nəzərdə tutulubsa, rodster 19 nüsxəlik tirajla istehsal ediləcəkdir.

Bu rəqəmləri birləşdirsək 1963 rəqəmi, yəni şirkətin qurulduğu il alınır. Əlbətdə ki, bütün rodsterlər artıq sahiblərini tapıblar.