Lexus şirkəti macəra sevənlərə ünvanladığı GX ofrouderini nümayiş etdirib. Lexus GX Overland Concept adlandırılmış xüsusi versiya lift edilmiş asqıya, yolsuzluq şinlərinə, güc bamperlərinə, altlığın müdafiəsinə, həmçinin damda quraşdırılmış çadıra və dəbdəbəli salona sahib olub.

Konseptin əsasını yenilənmiş Lexus GX 460 modelinin ən maksimal təchizata  malik olan modifikasiyası təşkil edir. Ofrouderin yolsuzluq imkanlarının gücləndirilməsi üçün onun klirensi artırılmış, standart asqısı isə, iri gedişi olanı ilə əvəz edilmişdir. Bundan başqa, ofrouder yüksək profili olan xüsusi Toyo Open County şinləri iləı təchiz edilmiş, ehtiyat təkərin kronşteynləri əlavə edilmiş və ön bamperin forması dəyişdirilmiş, həmçinin bucurqadın bərkidilməsi üçün bərkitmə nöqtələri hazırlanmışdır.

Avtomobilin damında iri qatlanan çadır quraşdırılımışdır. Ofrouderin salonunu qırmızı dəri ilə üzləyərək, alüminium və ağacdan dekor ilə bəzəyiblər. Bundan başqa, GX Overland 17 dinamikli Mark&Levinson səs sistemini, panoram müşahidə üçün kameralara, aktiv kruiz-kontrol və beş rejimli Multi-Terrain Select ofroud sistemi də daxil olmaqla elektron yardımçıların tam dəstini əldə edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Macəra avtomobilinin mühərrik və transmissiyası dəyişilməz qalıb. Ofrouder 301 at qüvvəsi və 446 Nm fırlanma anı hasil edən 4,6-litrlik V8 mühərriki və 6-pilləli «avtomat» ilə təchiz edilir.

GX Overland keçən ilin iyulunda təqdim edilmiş GXOR konseptinin təkamülüdür. Konseptlərin əsas vəzifəsi Lexus şirkətinin tüninq imkanlarının nümayiş etdirilməsidir. Bu səbəbdən Lexus GX Overland modelinin istehsala gedəcəyini düşünmürük. Avtomobil sırf nümayiş üçün istifadə ediləcəkdir.