ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) Lucid Air elektrik sedanının qənaətcilliyi və mənzili ilə bağlı məlumatları açıqlayıb. Ən uzun mənzilli versiya, cərəyan yükləmədən 520 mil (837 kilometr) məsafə qət edə bilən 19-düymlük təkərlər ilə təchiz edilmiş Dream Edition Range sedanı olub. Bu, Tesla Model S Long Range modelində olduğundan 115 mil (185 kilometr) çoxdur. Eyni zamanda, elektrik sedanı hər 100 milə 27 kilovat-saat enerji sərf edir ki, bu da 100 kilometrə 1,9 litr yanacaq sərfinə bərabərdir.

EPA agentliyinin bildirdiyinə görə, mövcud yanacaq qiymətlərini nəzərə alsaq, Lucid Air Dream Edition Range modeli beş il ərzində 6.250 dollara (10.620 manat) qənaət etməyə imkan verəcəkdir. Ancaq bunun üçün ildə ən azı 15 min mil (24 min kilometr), əsasən də şəhərdə (55%) yol getmək gərəkdir. Lucd sedanının sahibi üçün hər 25 mil (40 kilometr) yürüş məsafəsi  0,87 dollara (1,47 manat) başa gələcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lucid sedanına belə heyrətamiz nəticələriə nail olmağa kuzovun aşağı aerodinamik müqavimət əmsalı (0.21) və firma güc qurğusunun komponentləri yardım edib. Bunlar - silikon karbid əsaslı inventorlar, yığcam elektrik mühərrikləri və 113 kilovat-saat tutumlu (Tesla 100 kilovat-saatlıq) 900 voltluq batareya, yarış texnologiyaları əsasında yaradılmış BMS idarəetmə sistemidir. Air Dream Edition Range sedanının güc qurğusunun ümumi gücü 947 at qüvvəsinə bərabərdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.