2019-cu ildə Mercedes-Benz G-Class ofrouderi üçün başladılmış G manufaktur fərdiləşdirmə proqramı yeganə model çərçivəsindən kənara çıxıb. İndi MANUFAKTUR etiketini CLS, Mercedes-AMG GT liftbeki, uzunbazalı S-Class və Mercedes-Maybach S-Class modelləri da daxil olmaqla, alman markasının digər modelləri də daşıya biləcəklər. MANUFAKTUR kataloqunda eksklüziv kuzov boyaları, müxtəlif örtük seçimləri, qalın xovlu xalçalar və daha çox şey var.

Bundan sonra, MANUFAKTUR proqramına daxil edilmişistənilən model üçün özünəməxsus kuzov rəngini seçməkolar. Məsələn, nümunə kimi, 1960-cı illərdən bəri istifadə olunan və bir zamanlar 300SL Gullwing modeli üçün xüsusi çalar kimi təklif olunan Silicon Gray rəngini göstərmək olar. 

Bundan başqa, 1980-ci illərdə populyar olan Graphite Metallic və Olive Metallic rənglərini va yaxud  vaxtı ilə E-Class (W123) və S-Class (W126) alıcılarının tez-tez seçdiyi Vintage Blue rəngini də xatırlatmaq yerinə düşərdi. Bu tarixi rənglərlə yanaşı, palitrada Cashmere White Magno, Kalahari Gold Magno və Night Black Magno kimi müasir tutqun rənglər də var.

İnteryerin tərtibatı üçün Nappa dərisi təklif olunur. Bu, qara və ağ rəngli dərinin klassik birləşməsi və ya 2012-ci ilə qədər S-Class sedanı üçün təklif olunan ikonik sarı və qara rəngli dəri ola bilər. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Qızıl və platin rəngli naxışlar, yumşaq yastıqlar, basmanaxışlar, opsional emblemlər, xüsusi tikişlər - hər şey tam olaraq müştərinin istəyinə uyğun olaraq həyata keçiriləcəkdir. Əlavə olaraq, Mercedes-Benz avtomobillərinin salonu iki rəngli dəri ilə örtülmüş sükan çarxı bəzədilə bilər, tavanı nappa dərisi ilə üzləmək və ya qalın iplikli xalçaları quraşdırmaqolar.

MANUFAKTUR kataloqunda asfalt üzərinə animasiya proyeksiyası da var. Qapılar açıldıqda sistem mini işıq şousuna başlayacaqdır: asfalt səthinə Mercedes-Benz və Mercedes-Maybach modelləri üçün fərqli naxışlar proyeksiya olunur və bu şou on dəqiqə davam edir. Digər sahələrdə proqramlar oxşar olsa da, G manufaktur proqramında belə opsiyalar mövcud deyil.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.