Chevrolet şirkəti Las Veqasda keçirilən SEMA tüninq sərgisində 2020 COPO Camaro John Force Edition yarış kupesini nümayiş etdirib. Avtomobil amerikan draq-reysinq əfsanəsi, NHRA seriyasının 16 qat çempionu, AHRA seriyasının çempionu Con Forsun iştirakı ilə yaradılıb. 1978-ci ildə idman karyerasına başlayan Fors bu günə kimi çıxış edir. Fors öz karyerasına Chevrolet avtomobillərində başlayıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

2020-ci ilin COPO Camaro modelini iki mühərrikdən biri ilə təchiz etmək olar. Bunlar 2,65-litrlik Magnuson ötürməli kompressoru olan 5,7-litrlik V8 LSX və 7,0-litrlik V8 LSX mühərrikləridir. Ənənəyə uyğun olaraq, növbəti model ilinin COPO Camaro modeli 69 nüsxəlik tirajla buraxılacaqdır. Lakin, yeganə nüsxədə buraxılmış John Force Edition bu seriyaya daxil olmayacaqdır. Xüsusi kupe gələn il Barrett-Jackson Scottsdale hərracında satılacaqdır.

Xüsusi model yarışçının avtomobilin xarici və daxilində həkk edilmiş avtoqrafları və qara-gümüşü rəngi və xüsusi olaraq bu nəş üçün yaradılmış qrafika ilə seçiləcəkdir.