Kia şirkəti növbəti nəsil Optima modelinin ətrafında cərəyan edilən ehtirasları yeni tizerlər dərc edərək körükləmək istəyir. Bu günlərdə koreya istehsalçısı yeni modelin növbəti tizerlərini dərc edib. Çox güman ki, bu dizaynerlərin ilk çəkdikləri eskizlərdir. Şəkillərdə avtomobil çox radikal görünüşə malikdir.

Lakin, yeni dərc edilmiş tizerlər heç də həqiqəti əks etdirmir. Bunun sübutu kimi, bu günlərdə reklam çarxının hazırlanması zamanı kamuflyajsız avtomobilin çəkilmiş şəkilləri sübut edir.  Beşinci nəsil Kia Optima modeli eksteyer cəhətdən Stinger modelini xatırladır. Bənzərlik fənərlərin dizaynında və arxa dayağın formasında nəzərə çarpır. Bundan başqa, sedanın idman üslubunu buraxılış sisteminin trapesiya formalı çıxış boruları, inkişaf etdirilmiş diffuzor və nazikprofilli şinlər vurğulayır.

Image alt Image alt Image alt

Yeni Optima modelinin texniki hissəsi barədə məlumat azdır. Yeni modelin Theta III ailəsindən olan 286 at qüvvəli 2,5-litrlik turbomühərrik və 8-pilləli “robot” ilə təchiz ediləcəyi güman olunur. Standart mühərrik olaraq 180 at qüvvəli 1,8-litrlik “turbodördlüyün” təkli ediləcəyi gözlənilir. Bu aqreqat klassik 8-pilləli “avtomat” ilə tandemdə çakışacaqdır. Tam ötrüməli modifikaisyanın da olacağı gözlənilir.

Image alt Image alt Image alt

Növbəti nəsil Kia Optima modelinin interyerində də ciddi dəyişikliklər baş verəcəkdir. Optima iri sensorlu displeyə malik olan multimedia sistemini və sensorlu idarəetmə bloku olan iqlim sistemini əldə edəcəkdir.

Şirkət daxilindəki mənbələr yerli bazar üçün nəzərdə tutulmuş yeni Kia K5 modelinin təqdimatının dekabr keçiriləcəyini bildiriblər. Əgər söylənənlər doğrudursa, modelin satışlarına 2020-ci ilin əvvəlində başlana bilər.