Aston Martin şirkəti Airbus Corporate Helicopter ilə əməkdaşlıq haqqında müqavilə imzaladığını bəyan edib. Bu dəfə britaniya istehsalçısı tərəfdaşı ilə birlikdə ACH130 AM helikopterini yaradacaqdır. Layihənin detalları açıqlanmasa da, helikopterin ilk nüsxəsinin gələn ilin 3 yanvar tarixində nümayiş etdiriləcəyi bildirilib.

Həlilik Aston Martin şirkəti yeni helicopterin tizerini dərc etməklə kifayətlənib. Tizerdə firma loqotipləri olan dəri ilə örtülmüş oturacaqlar nümayiş olunur  Markanın yaradıcı direktoru Marek Rayxmannın bildirdiyinə görə, layihənin çətin olmasına baxmayaraq, onun komandası avtomobil dizaynının yaradılması prinsiplərini aeronavtika üçün uyğunlaşdıra biliblər.

Şirkət layihə ilə bağlı başqa məlumat verməyib. Bu günə qədər Aston Martin qüvvəsini mini-submarina, sürət qayığı, motosikl və sərnişin dronunun yaradılmasında sınayıb. Bundan başqa, britaniya markası şərabçılıq və əmlak sahələrinə də daxil olub.