Bu yaxınlarda BMW şirkəti 7 Series bayraqdar sedanının növbəti nəsil tamamilə elektrik güc qurğusu ilə hərəkətə gələn versiyada satışa çıxarılacağını bildirib. Daimler konserni də, ənənəvi Mercedes-Benz S-Class flaqmanına alternativ olacaq Mercedes-Benz EQS bayraqdar elektromobilini hazırlayır.

Bu iki markanın rəqiblərindən biri olan Audi şirkəti bənzər addımı atmağı planlaşdırırdı, ancaq inqilab təxirə salınıb. Automotive News nəşrinin yazdığına görə, şirkət rəhbərliyi diqqəti Audi A8 sedanının yeni hibrid versiyasında cəmləşdirmək qərarına gəlib.

Əslində, İnqolştadt istehsalçısının bayraqdar sedanı artıq qoşulan hibrid versiyaya sahibdir. Audi A8 modeli 14.1 kilovat-saat tutumu olan güc batareyasına malikdir və sırf elektrik ötürməsi ilə 40 kilometr məsafə qət edə bilər.

Yeni hibrid modifikasiyasında bu rəqəm bir qədər yüksək olacaqdır. Lakin, inqolştadtlılar dəqiq rəqəmləri açıqlamayıblar. Elektromobillərə gəlincə, hazırda şirkətin bütün qüvvəsi e-tron elektrik krossoverlərinin çeşidinə yönəldilib atılır - şirkət, məntiqli olaraq, bu seqmentdə yer tutmağın nümayəndəlik sedanları sinfinə nisbətən daha vacib olduğunu düşünür.

Strategiyanın bu cür dəyişməsi, şirkət nümayəndələrinin keçən il işarə etdiyi TT və R8 modellərinin elektrik modifikasiyalarının taleyinə də təsir göstərə bilər.