Audi şirkəti «bərkgedən» SQ7 krossoverini yeniləyib. Krossover yenilənmiş xarici görkəmə və genişləndirilmiş standart avadanlıq siyahısına sahib olub.

Adi SQ7 modeli də adi Q7 krossoveri kimi yeni işıq texnikasına və şaquli xətləri olan radiator barmaqlığına sahib olub. Adi krossoverdən fərli olaraq,  SQ7 modelində bu xətlər cütlənmişdir.  Avtomobilin arxa hissəsi də yenilənib - fənərlər daha nazik olub və onları xrom zolaqla birləşdiriblər. Bundan başqa, Audi SQ7 gümüşü gövdələri olan yan güzgülərə və buraxılış sisteminin dörd çıxış borusuna malikdir.

Audi SQ7 modelinin təchizatına 20-düymlük təkər diskləri, öndə 400 mm, arxada isə 370 mm diskləri olan əyləc mexanizmləri, idman oturacaqları, 30 rəngdən seçim imkanı verən fon işıqlandırması, firma onlayn-xidmətlərinə birləşmək imkanına malik MMI multimedia kompleksi və virtual cihazlar paneli daxildir. Opsional olaraq, 420 və 370 mm diskləri olan karbon-saxsı əyləc mexanizmlərini və elektomexaniki stabilizatorları sifariş etmək olar.

Yenilənmiş bərkgedən krossover də üç displeyi olan ön panelə sahib olub. 12,3-düymlük virtual cihazıar paneli xüsusi S-rejiminə malikdir. Multimedia və naviqasiya sistemini 10,1 düymlük mərkəzi displeydən idarə etmək olar. Klimatik sistemə və rahatlıq tənzimləmələrinə (oturacaqların qızdırılması, soyudulması və massaj funksiyaları), həmçinin mətnin daxil edilməsinə 8,6-düymlük üçüncü displey cavabdehdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Audi SQ7 əvvəlki kimi, giriş traktına quraşdırılmış elektrokompressora malik olan 4,0-litrlik səkkiz silindrli biturbodizel ilə təchiz edilir. Mühərrik 435 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edir. Səkkiz pilləli avtomat və quattro sistemi ilə birlikdə çalışan mühərrik krossoveri 100 km/saat həddinə 4,8 saniyəyə sürətləndirir. Maksimal sürət elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb.

Avtomobil proqressiv xarakteristikalara malik olan sükan mexanizminə, prevmatik idman asqısına, aktiv differensiala və dönən arxa təkərlərə malikdir. Yenilənmiş Audi SQ7 krossoverinin Avropadakı satışları sentyabr ayının sonunda başlanacaqdır. Krossoverin qiyməti 94900 avrodan başlayır.