Üç il əvvəl nümayiş etdirilən dörd yerlik Koenigsegg Gemera meqakarı yüksək mühəndislik məktəbinin unikal nümunəsinə çevrilib. Təkcə paylayıcı valları olmayan üçsilindrli biturbomühərrik nəyə desən dəyər! Üstəlik, adi ötürmələr qutusu olmayan və üç dartma elektrik mühərriki olan transmissiyanı yaddan çıxarlmaq lazım deyil.

Yeganə gözlənilən hadisə - Kristian fon Köniqseqqin kiçik miqyaslı istehsala başlaq qərarıdır. Lakin şərti konveyerə gedən yolda Gemera hibridi ciddi reinjinirinqdən keçib. Lakin hər şeyin daha anlaşılan olduğunu da söyləmək çətindir.

İlk dəyişiklik, əvvəlcə Koenigsegg Regera modelində görünən, yalnız birpilləli reduktor və hidravlik muftadan ibarət olan Direct Drive transmissiyasından imtinadır. Təkmilləşdirilmiş Gemera LSTT (Light Speed Tourbillon Transmission) ötürmələr qutusu ilə təchiz edilib. Bu, Koenigsegg Jesko meqakarından götürülmüş onsuz da mürəkkəb olan LST (Light Speed Transmission) transmissiyasının dəyişdirilmiş versiyasıdır.

Üç vallı ötürmələr qutusunda doqquz pillə var ki, onların dəyişdirilməsini təmin etmək üçün altı yaş mufta quraşdırılıb, üstəgəl. arxa ötürmə üçün ayrıca mufta nəzərdə tutulub. LSTT versiyasının əsas xüsusiyyəti dartma vektorunu dəyişdirmək üçün nəzərdə tutulmuş əlavə yan muftalardır. Burada ənənəvi nazim çarx yoxdur.

Bundan əlavə, təkmilləşdirilmiş Gemera, üç Quark dartma mühərrikinin (biri ön oxda və ikisi arxa oxda) əvəzinə yalnız yeganə yeni nəsil Dark Matter mühərriki ilə təchiz edilir. Bu, Koenigsegg şirkətinin öz məhsuludur: qurğu özündə radial və oxlu maqnit axınlı mühərriklərin texnologiyasını birləşdirir, buna görə də altı fazadan ibarətdir.

Mühəndislər belə bir hibrid mühərriki Raxial Flux (Radial və Axial sözlərindən) termini ilə adlandırıblar. Cəmi 39 kiloqram ağırlığında olan elektrik mühərriki ön oxda yerləşir (üstəlik, uzununa), 800 at qüvvəsi və 1250 Nm hasil edir, üstəlik, dartma vektorunu dəyişdirmək üçün yan muftaları da var.

Əsas daxili yanma mühərriki dəyişməyib: eyni üçsilindrli TFG (Tiny Friendly Giant) mühərriki baza daxilində kabinənin arxasında quraşdırılıb və elektrik üstqurumuna malik deyil, arxa təkərləri LSTT transmissiyası vasitəsi ilə fırladır.

Mühərrikdə paylayıcı valları yoxdur, klapanların hər biri isə, elektro-pnevmatik aktuator ilə idarə olunurlar. Əslində, bu, təzyiqinə elektronikanın nəzarət etdiyi pnevosilindrdir. Bunun sayəsində klapanlar demək olar ki, istənilən vaxt açıla və bağlana, həmçinin onların qalxma səviyyəsini sərbəst şəkildə dəyişdirilə bilər.

2,0-litrlik mühərrik iki turbokompressorla təchiz olunub, onların hər biri "öz" silindrlərinin buraxılış klapanlarına bağlıdır. Aşağı yükləmələrdə yalnız bir turbin işləyir, ikincisi isə lazım olduqda qoşulur. Elektronika silindrləri çevik şəkildə söndürə və mühərriki Miller dövründə işləməyə keçirə bilər. Biturbo mühərrik 600 at qüvvəsi və 600 Nm hasil edir.

Ön elektrik mühərriki ilə birlikdə, hibrid sistemin ümumi hasilatı 1400 at qüvvəsi və 1850 Nm təşkil edir. Bu, üç elektrik mühərrikli ilkin konfiqurasiyada vəd edilən 1723 at qüvvəsi və 3500 Nm-dən nəzərəçarpacaq dərəcədə azdır. Ancaq indi Gemera başqa versiyada təklif olunur - "kiçik mehriban nəhəngin" əvəzinə Hot V8 mühərriki ilə.

Bu, Koenigsegg Jesko meqakarında olduğu kimi,  5,0-litrlik biturbomühərrikdir. Əvvəlki Direct Drive transmissiyasının (LSTT nəzərəçarpacaq dərəcədə yığcamdır) və əlavə elektrik mühərriklərindən imtina olunması səbəbindən onu oturacaqların arxasındakı mühərrik bölməsinə yerləşdirmək mümkün olub. Üstəlik, turbokompressorları silindr bloklarının arasındakı boşluqda (buna görə mühərrik Hot V8 adlanır) quraşdırmaq gərək olub, çünki onun kənarlarında yer qalmayıb.

Qüdrətli V8 mühərriki 1500 at qüvvəsi və 1500 Nm fırlanma anı hasil ediur. Ön elektrik mühərriki ilə birlikdə, hibrid sistemin pik gücü 2300 at qüvvəsinə çatır və tərtibatçılar bunu seriya avtomobillər üçün rekord adlandırırlar. Ümumi fırlanma anı 2750 Nm təşkil edir, lakin bu, istənilən halda ilkin layihədəkindən azdır. İstənilən halda, Gemera 14 kilovat/saat tutumu olan 850 voltluq dartma akkumulyatoru və 115 litrlik yanacaq çəni ilə təchiz edilir. Təəssüf ki, Koenigsegg şirkəti meqakarın dinamik xüsusiyyətlərini açıqlamayıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Meqakarda başqa nə dəyişib? Aerodinamik konfiqurasiya bir qədər dəyişdirilib, fənərlərin altında əlavə hava kanalları peyda olub və yan arxa görüntü kameralarının əvəzinə adi güzgülər quraşdırılıb. Dörd nəfərlik salonda təhlükəsizlik kəmərinin bərkidilməsi və üzlüklər dəyişdirilib, amma ümumilikdə hər şey üç il əvvəl olduğu kimidir.

Gemera modelini istehsal etmək üçün Koenigsegg Gripen Atelier adlı ayrıca istehsal müəssisəsini tikir. O, əsas meydançanın yanında yerləşir və istifadəyə verildikdən sonra ümumi sahəsi 30 min kvadratmetr olacaqdır. Yeni zavod bu ilin sonuna qədər hazır olmalıdır, lakin Gemera meqakarının istehsalınaz 2024-cü ilin sonunda başlamaq planlaşdırılır. Üçsilindrli TFG mühərriki olan baza meqakarı təxminən 1,7 milyon avroya, V8 mühərrikli versiya isə, 2,1 milyon avroya başa gələcəkdir. Meqakarın planlaşdırılan tiraj 300 nüsxədən ibarət olacaqdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.