McLaren Artura hibrid superkarı 2021-ci ilin əvvəlində təqdim olunub. Bu, xüsusi olaraq benzin-elektrik modelləri üçün yaradılmış MCLA (McLaren Carbon Fiber Lightweight Architecture) platformasında inşa edilmiş ilk modeldir və onun istehsalının mənimsənilməsi şirkətə elə də asan başa gəlməyib.

Keçən il britaniyalılar aşkar edilmiş nöqsanları aradan qaldırmaq və keyfiyyəti yaxşılaşdırmaq üçün hətta bir neçə ay ərzində çatdırılmaları dayandırmalı da olublar. Artıq problemlər həll olunub və McLaren öz model çeşidini genişləndirməyə başlayıb: açıq kuzovlu Artura Spider superkarı nümayiş etdirilib.

Rodster sərt qatlanan dam örtüyünə malikdir: transformasiya səkkiz elektrik mühərriki tərəfindən həyata keçirilir. Transformasiya prosesi 11 saniyə tələb edir və 50 km/saat sürətində baş verə bilər. Bundan başqa, əlavə ödəniş müqabilində şəffaf dam panelini sifariş etmək mümkündür: elektroxrom şüşə şəffaflıq dərəcəsini dəyişə bilər.

Kupe ilə müqayisədə Spider gücləndirilmiş ön şüşə çərçivəsinə malikdir, oturacaqların arxasında isə, avtomobilin yuvarlanması zamanı tab gətirə bilən güclü qövslər quraşdırılıb. Bu qövslərin arxasındakı dekorativ hava yönləndiriciləri şəffafdırlar. 

Bundan əlavə, mühərrik qapağındakı hava girişlərinin konfiqurasiyası dəyişdirilib. Bütün bu təkmilləşdirmələr və gücləndirmələr çəkinin artması ilə müşayət olunub: spayder kupedən 62 kiloqram ağırdır və onun boş çəkisi 1475 kiloqramdır.

Mühərrik bölməsində də dəyişikliklər baş verib. 3,0-litrlik V6 biturbo mühərriki idarəetmə blokunun yeni proqram təminatı sayəsində 20 at qüvvəsi daha güclü olub. İndi o, 605 at qüvvəsinə malikdir. Əlavə 95 at qüvvəsi səkkiz pilləli iki muftalı avtomatik transmissiyaya inteqrasiya olunmuş elektrik mühərriki təmin edir.

Hibrid güc qurğusunun ümumi hasilatı 700 at qüvvəsi və 720 Nm-ə bərabərdir, buna görə də, daha ağır olan Spider 100 km/saat həddinə kupe kuzovlu versiya ilə eyni müddətə - 3,0 saniyəyə sürətlənir. 200 km/saat sürətlənmə isə 8,4 saniyə (+ 0,1 saniyə) çəkir. Hər iki versiyanın maksimal sürəti eynidir - 330 km/saat.

Şirkət, rodster ilə hərəkəti daha da effektiv etmək üçün, simpozeri olan daha yüksək səsli buraxılış sistemini təklif edir. Lakin bütün bu yeniliklər (artırılmış güc də daxil olmaqla) tezliklə McLaren Artura kupesinə də qismət olacaq.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

 Bundan əlavə, əvvəllər istehsal olunmuş avtomobillərin sahibləri güc qurğusunun proqram təminatını McLaren brendinin rəsmi dilerlərində pulsuz olaraq yeniləyə biləcəklər.

McLaren Artura Spider artıq sifraiş etmək mümkündür. Spayderin qiyməti 221.500 funt-sterlinqdən başlayır ki, bu da kupe üçün istəniləndən 20 min funt-sterlinq çoxdur. Əmtəə rodsterlərinin tədarükünə cari ilin ortalarında başlanmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.