Alman TechArt atelyesinin yeni layihəsi GTsport adlanır və o, məhdud sayda buraxılacaq xüsusi aerodinamik kuzov dəstinə malikdir. Texniki nöqteyi-nəzərdən yeni sportkar məşhur tünerin 992 nəslindən olan Porsche sportkarına əsaslanan digər layihələrindən heç nə ilə fərqlənməyəcək. Maraqlıdır ki, TechArt yeni layihəsini Avropada deyil, Yaponiyada – Tokyo avtosalonunda təqdim edib. Almanlar TechArt GTsport modelini 30 nüsxəlik tirajla buraxacaqlarını bildiriblər.

Sportkar karbondan hazırlanmış aerodinamik kuzov dəstini alıb. Dəstin tərkibinə ön bamper, kandarlar və yan hava girişləri, diffuzorlu arxa bamper, yeni spoyler və kapot daxildir. Müştərinin istəyi ilə bu hissələri şəffaf lak ilə örtülmüş rənglənməmiş karbonplastikdən hazırlamaq da olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Müştərilərə opsional aerodinamik qapaqları olan Formula VI Race və ya Formula VII Race təkər disklərindən seçim təklif olunacaq. İnteryerə gəlincə, bu məsələdə tüner alıcıların təxəyyülünü məhdudlaşdırmır və istənilən tələbi reallığa çevirməyə hazırdır.

Layihə 992-ci nəslindən olan Porsche 911 Turbo S kupe və kabrioletinin əsasında yaradılıb ki, bu da 650 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 3,8-litrlik altısilindrli oppozit turbomühərrikini nəzərdə tutur. Yeni turbokompressorlar və idarəetmə bloku, habelə bir sıra digər təkmilləşdirmələr sayəsində güc aqreqatının hasilatı 800 at qüvvəsi və 950 Nm-ə qədər artırılıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.