Yeni Panamera sedanının buraxılması ilə Porsche Turbo prefiksi olan modellər üçün fərqli vizual kimliyə keçəcək. Bu məqsədlə Porsche Color & Trim mütəxəssisləri xüsusi Turbonit çalarını hazırlayıblar ki, bu çalardan loqotiplər, yazılar, həmçinin interyer və eksteryerin dekorativ elementlərində istifadə olunacaq.

Turbonit rənginə bamperdəki əlavələrini, təkər disklərini, təhlükəsizlik kəmərlərinin toqqalarını və bəzi daxili açarları rəngləyəcəklər. Qara interyer seçərkən tikişlər məhz Turbonit rəngində olacaqlar. 

Image alt Image alt Image alt Image alt

Style Porsche bölməsinin vitse-prezidenti Maykl Mauerin fikrincə, bütün bunlar Turbo avtomobillərini daha nəzərə çarpacaq edəcək və onları GTS kimi digər törəmələrdən fərqləndirəcək.

Növbəti nəsil Panamera modeli noyabrın 24-də debüt etməlidir. Onun Taycan modelinin üslubunda yeni ön panel arxitekturasını, həmçinin bir neçə ikirəngli interyer tərtibatı variantlarını alacağı məlumdur. Porsche həmçinin ilk dəfə Race-Tex mikrofiberi və “ördək ləpiri” naxışı olan Pepita parçasından hazırlanmış tamamilə vegan interyeri təklif edəcək..

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.