Üçüncü nəsil Peugeot 3008 krossoveri cari ilin sentyabr ayında debüt etməlidir. Yenilik bazara yalnız 2024-cü ilin yazında çıxacaqdır. Buna baxmayaraq, Peugeot şirkəti bu ilin ənvacib yeniliyi üzərindəki sirr pərdəsini tədricən götürməyə başlayıb. Bu məqsədlə, fransızlar yeni krossoverin interyern görünüşlərini dərc ediblər. Yeri gəlmişkən, yeddi il əvvəl, indiki krossoverin üzərindəki sirr pərdəsini də oxşar şəkildə açmağa başlamışdılar.

Peugeot 3008 modeli Panoramic i-Cockpit adlı yeni ön panel arxitekturasını alan ilk avtomobil olacaqdır. Bu, on bir il əvvəl ortaya çıxan i-Cockpit konsepsiyasının növbəti təkamülüdür. Buraxılmaqda olan Peugeot modellərindən olan əsas fərq - 21 düymlük əyri ekrandır. O, sükan çarxının üstündə quraşdırılıb və cihazlar paneli ilə mediasistemi displeylərini birləşdirir. Lakin proyeksiya ekranı artıq olmayacaqdır.

Ön panelin mərkəzində, ilk dəfə Peugeot 308 modelində tətbiq edilmiş sensorlu i-Toggles paneli var: bu, menyunun müxtəlif bölmələrinə aparan və ya fərdi funksiyaları aktivləşdirən böyük sensorlu düymələrdir. Özü də, bu düymələr dəstini fərdi şəkildə tənzimləmək də mümkündür. Yeni sükan çarxındakı düymələr də sensorludurlar, lakin onlar toxunuşa deyil, basılmağa reaksiya verirlər – bu, yanlış işə düşmələrin aradan qaldırilması üçündür.

Peugeot 3008 modelində artıq mexaniki transmissiyalar olmayacaqdır, avtomatik transmissiyanın idarəetmə selektoru isə ön panelə keçirilib: indi o, sağ sükan dəstəyinin arxasında yerləşir. Eyni zamanda, nəhəng mərkəzi tunel qorunub saxlanılıb – onun üzərində audiosistemin səs səviyyəsinə nəzarət barabanı, hərəkət rejimlərinin selektoru, bir sıra düymələr, habelə sərnişin tərəfindəki qapalı qutu yerləşir. İnteryer tərtibatında parça və alüminiumdan istifadə olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni nəsil Peugeot 3008 arxa şüşənin güclü meyli olan kupeşəkilli kuzov profili əldə edəcək və təkmilləşdirilmiş EMP2 platformasına əsaslanacaqdır. Əsas diqqəti sırf elektriklə işləyən versiyalara yönələcəkdir: Fransa mətbuatının məlumatına görə, modifikasiya çeşidinə dartma mühərrikləri və batareyaları ilə seçilən üç elektrik versiyası daxil ediləcəkdir. Lakin hibridlər də planlaşdırılır – baza versiyası 1,2-litrlik “turboüçlüyə” (belə sistem keçən il debüt edib) əsaslanan yeni güc qurğusuna, təkrar doldurulan hibrid isə 1,6-litrlik “turbodördlüyün” əsasında hazırlanmış plagin hibrid güc qurğusuna sahib olacaqdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.