Hollandiyada fəaliyyət göstərən Heritage Customs şirkəti 2021-ci ildə başlatdığı və indiki nəsil Land Rover Defender 90 ofrouderinin kabrioletə çevrilməsini nəzərdə tutan Valiance Convertible layihəsinin ikinci nümayəndəsini təqdim edib. Ötən müddət ərzində iki avtomobil hazırlanıb - birincisi vintaj Solihull Sand, ikincisi isə, bu günlərdə təqdim edilən daha müasir və parlaq Sunbeam Yellow kabrioletidir. Kabrioletin inşasına ən azı üç ay tələb olunur.

Mütəxəssislər üçqapılı ofrouderin sərt damını ləğv edərək, onun əvəzinə boru tipli təhlükəsizlik qəfəsi və elektriklə idarə olunan yumşaq tavanı quraşdırırlar. Bu layihədə çərçivə və yumşaq tavan, eləcə də bamperlər və kandarlar kuzovun parlaq sarı çaları ilə ziddiyyət təşkil edərək qara rəngə boyanıblar.

Standart təkər diskləri Heritage Customs şirkətinin göz oxşayan beşqollu ikirəngli diskləri ilə əvəz olunub. Salon parlaq sarı rəngli tikişlər ilə bəzədilmiş qara dəri ilə üzlənib və təkcə oturacaqlar deyil, həm də ön panel, sükan çarxı və qapı kartları bahalı material ilə örtülüblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ön panel 3D naxışlı alüminiumdan hazırlanmış dekor ilə bəzədilib. Nümayiş üçün hazırlanmış kabrioletin özəl xüsusiyyəti birinci sıradakı üçüncü sərnişin oturacağıdır. Valiance Convertible kabrioletinin tirajı beş nüsxədən çox olmayacaq və hər bir avtomobil konkret müştərinin tələbi əsasında hazırlanacaq. Kabrioletin qiyməti 82.500 avrodan başlayır və  bu məbləğə orijinal Land Rover Defender 90 modelinin qiyməti daxil deyil.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.