“Automotive News” nəşri 2022-ci ildə “alman üçlüyünün” və digər markaların elektrik avtomobillərinin satış rəqəmlərini müqayisə edib. Nəticədə BMW markasının ən çox "yaşıl" avtomobil satdığı məlum olub – Münhen istehsalçısı keçən il 172 011 ədəd elektromobil satıb ki, bu da 2021-ci illə müqayisədə 148% artım deməkdir.

Bavariya markasının satış drayveri 55 136 nüsxədə satılmış iX3 elektrik krossoveri olub. Audi və Mercedes-Benz markalarına gəlincə isə, onlar müvafiq olaraq 118,196 və 117,800 ədəd elektrokar satıblar. Almanları geniş fərqlə Volvo və onun subbrendi Polestar, habelə MINI markası təqib edir.

BMW markası EV (electric vehicle) seqmentində liderliyini, əsasən, i4 və i7 modellərinin satışa çıxarılması sayəsində təmin edib. Audi və Mercedes-Benz markaları də ilin sonunda elektromobillərin satışında artım nümayiş etdiriblər: birinci – 44%, ikinci isə, iki dəfə.

Audi elektrokarları arasında Q4 E-tron və E-tron GT quattro modellərinə böyük tələbat, eləcə də 2023-cü ilin yazında satışa çıxarılacaq yeni Q8 E-tron krossoverinə böyük maraq var.

“Yaşıl” model çeşidində C40 və XC40 elektrokarları olan Volvo ili dördüncü yerdə başa vurub. Unun Polestar subbrendi isə elektromobillərin satışını 80% artıraraq 51 500 ədədə çatdırıb. Nəhayət, MINI markası 44.000 elektromobil satışı ilə ilk beşliyi tamamlayıb. Qeyd etmək gərəkdir ki, satılan elektrokarların əksəriyyəti Cooper SE modelindən ibarətdir. 2021-ci illə müqayisədə MINI elektrokarlarına tələbat 1,3% azalıb.

Amerikan Tesla şirkətinin satışları daha çoxdur. Belə ki, Dataforce nəşrinin məlumatına görə, ötən ilin 11 ayı ərzində Tesla Avropada 176 302 elektromobil satıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.