Audi e-tron və Mercedes-Benz EQC elektrokarlarına rəqib olacaq BMW iNEXT krossoverinin prototipi bu günlərdə alman şirkətinin istehsal müəssisələrinin birinin yaxınlığında fotocəsuslar tərəfindən yaxalanıb. Yeni şəkillər elektrokrossoverin zahiri görkəmi barədə müəyyən mülahisə yürütməyə imkan verir.

iNEXT prototipinin amlan markasının krossoverlərindən fərqli dizayn üslubuna malik olduğu o dəqiqə nəzərə çarpır. O, yerə daha yaxın «oturub» və daha aerodinamik formalara malikdir. Bunu görmək üçün, iNEXT ilə eyni ölçülərə malik olan və treylerin yuxarı hissəsində yerləşdirilmiş BMW X5 krossoverinə baxmaq kifayətdir. Belə aerodinamik formalar elektrokrossoverə 600 km yaxın yürüş məsafəsini təmin edəcək amillərdən biridir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BMW şirkəti tədricən iNEXT modelinin üzərindəki sirr pərdəsini götürməyə başlayıb. Bu yaxınlarda, alman markası avtomobilin çoxbucaqlı sükanı təsvir edilmiş tizeri dərc edib. Dərc edilmiş cəsus şəkillərində sükan çarxının tizerdəki ilə eyni olduğunu göstərir. Lakin, ön panelin digər hissələri örtüklə gizlədilib.

Mənbə: Autocar