BMW şirkəti iNEXT krossoverinin daha bir maraqlı xüsusiyyəti barədə məlumat verib. Bu model üçün, xüsusi olaraq çoxbucaqlı forması olan sükan çarxı hazırlanıb. Bu sükan avtomobilə əyləşməni asanlaşdırır və cihazlar panelini örtmür.

Şirkət nümayəndələri sükanın formasının avtomobil idmanından götürüldüyünü və əllə idarədən avtonom idarəetməyə keçmənin rahatlığı ilə əlaqəli olduğunu bildirirlər. Bu yeni krossover üçün çox vacibdir, çünki iNEXT alman markasının üçüncü səviyyə avtopilotu ilə təchiz ediləcək ilk avtomobili olacaqdır. Sürücü idarəetməni öz üzərinə götürən zaman, mürəkkəb formalı sükan çarxı təkərlərin dönmə bucağını yeyin müəyyən etməyə imkan verir. Sükan çənbərinin yuxarı hissəsindəki oyuq isə cihazlar panelini örtmüyə imkan vermir.

Sükanın yan tərəflərinə optikliflərdən xüsusi borucuqlar quraşdırılmışdır ki, onların indikasiyası avtopilotun işi barədə məlumat verir və insanın idarəetməyə müdaxiləsinin gərəkliyi xəbərdarlıq edir. Çənbərin kəsilmiş aşağı hissəsi isə, avtomobilə oturmanı asanlaşdırır və uzaq məsafəli səyahətlər zamanı daha geniş hərəkət sərbəsliyini təmin edir. Məsələn, kruiz-kontrolun aktivləşməsi halında sürücü hər iki ayağını qatlaya bilər.