«Bullitt» filmində Stiv Makkuin ilə birlikdə çəkilmiş 1968-ci ilin Ford Mustang GT kupesi Mecum Kissimmee 2020 hərracında 3 milyon 740 min dollara satılıb. Bu, onu dünyada olan ən bahalı Mustang modelinə çevirir. Hərracda satılan kupe filmdə çəkilmiş iki avtomobildən biridir və əsasən də təqib səhnələrində iştirak edib.

Yeri gəlmişkən, hərraca çıxarılmış kupeni Meksikadakı səhrada tapıblar. Avtomobili orijinal yaşıl rənginə, təhlükəslik karkasının izinə və çəkiliş zamanı işıq cihazlarını qidalandıran generatorun buraxılış borusunun çıxması üçün döşəmədə açılmış dəliyə əsasən identifikasiya ediblər.