Ford şirkəti Detroytda keçirilən NAIAS 2018 avtomobil sərgisinə Mustang kupesinin xüsusi Bullitt adlanan variantını gətirib. Xüsusi modifikasiya Stiv Makkuinin baş rolunun ifaçısı olduğu “Bullitt” filminin 50 illik yubileyinə həsr edilib.

Ola bilər ki, gənc nəsil bu filmi görməyib. Lakin, keçən əsrin 60-cı illərində doğulmuş insanlar üçün “Bullitt” filmi əfsanə çevrilib. 

Əsasən də San Fransisko küçələrində çəkilmiş 10 dəqiqəlik təqib səhnəsi avtomobil həvəskarlarının xatirində əbədi qlmışdır. Bu səhnədə filmin baş qəhrəmanı Frenk Bullitin tünd yaşıl rəngli Ford Mustang kupesi ilə aradan çıxmağa çalışan killerlərin Dodge Charger modelini təqib edir.

Yeri gəlmişkən, 1968-ci ildə çəkilmiş filmdə iki ədəd Mustang GT390 kupesindən istifadə edilib.

Keçən ilin yazında onlardan birini Meksikadakı səhrada tapıblar. Avtomobili orijinal yaşıl rənginə, təhlükəslik karkasının izinə və çəkiliş zamanı işıq cihazlarını qidalandıran generatorun buraxılış borusunun çıxması üçün döşəmədə açılmış dəliyə əsasən identifikasiya ediblər. 

Elə Detroytdakı sərgiyə də yeni modifikasiya ilə yanaşı filmdə iştirak edən orijinal kupeni də gətiriblər.

Beləliklə, xüsusi modifikasiyadan olan Mustang Bullitt modeli kuzovun nadir rənginə və gücləndirilmiş mühərrikə sahib olub.

Ford Mustang Bullitt kupesi 482 at qüvvəsi və 569 Nm fırlanma anı hasil edən səkkiz silindrli atmosfer mühərriki ilə təchiz edilir. Güc aqreqatı altı pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilir. Bu tandem avtomobili 262 km/saat həddinə qədər sürətləndirir. Xüsusi modifikasiya yenidən tənzimlənmiş aktiv buraxılış sisteminə, Shelby GT350 “bərkgedən” kupesindən alınmış 87-millimetrlik drossel çəpərçikləri olan buraxılış kollektoruna və mühərrikin yeni idarəetmə blokuna sahib olub. Bullitt kupesinin təchizatına qızdırılan dəri sükan, Recaro idman oturacaqları, unikal slamlaşma ekranı olan 12-düymlük cihazlar paneli, 19-düymlük təkər diskləri, qırmızı supportları olan Brembo əyləcləri, MangeRide adaptiv asqı sistemi və yaxşılaşdırılmış səs sistemi daxil edilib.

Ford Mustang Bullitt kupesinin satışlarının başlanma tarixi və qiyməti açıqlanmayıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt
Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt