Chery şirkəti Çin brendinin minik avtomobillərinin flaqmanı olacaq və Toyota Camry ilə rəqabət aparacaq yeni Arrizo 8 sedanının şəkillərini dərc edib. Yeni model Chery 4.0 texnoloji proqramı çərçivəsində buraxılan ilk sedan hesab olunur. Modelin təqdimatı Pekin avtosalonunda baş tutmalı idi, lakin yeni koronavirus pandemiyasına görə, çox güman ki, tədbir onlayn keçiriləcəkdir.

Keçən il Chery 4.0 versiyasında olan "qlobal güc arxitekturasını" işə saldığını elan edib. Bu texnoloji proqram, sələflərindən daha səmərəli və qənaətcil olacaq yeni daxili yanma, hibrid, elektrik və hidrogen qurğularının yaradılmasını nəzərdə tutur. Beləliklə, daxili yanma mühərriklərinin faydalı iş əmsalı 45 faizə çatacaq, hibridlərin yanacaq sərfiyyatı isə 95 faiz azalacaqdır.

Şirkət artıq daxili yanma mühərriki və iki elektrik mühərrikindən istifadə edən ET-i sistemi ilə təchiz olunmuş Exeed LX krossoverini nümayiş etdirib. İndi isə, Chery Power 4.0 dövrünün ilk sedanı təqdim edilib - Arrizo 8. Sedan brendin minik avtomobillərinin flaqmanı olmalı, Toyota Camry və Kia K5 avtomobilləri ilə rəqabət aparmalıdır. Bununla belə, yeni model haqqında rəsmi məlumat çox azdır, lakin dərc olunmuş renderlərdə avtomobili nəzərdən keçirmək olar.

Arrizo 8 sedanı Lexus üslubunda radiator barmaqlığını və orijinal işıqtexnikasıını alacaqdır. Sedanın təchizatına on təhlükəsizlik yastığı, proyeksiya displeyi, hər birinin diaqonalı 12,3 düym olan iki ekranı və Mercedes modellərində olduğu kimi, qapılarda idarəetmə düymələri olan elektriklə tənizmlənən oturacaqlar daxil olacaqdır. Sol sütundakı kamera - üzün tanınması və sürücünün yorğunluğunun monitorinqi sisteminindir.

Image alt Image alt Image alt Image alt Image alt

İlkin məlumatlara görə, Arrizo 8 sedanının mühərrik çeşidinə Exeed törəmə brendinin krossoverlərindən tanış olan Ateco ailəsinin 1,6 və 2,0 litrlik turbomühərrikləri (baqajın qapağındakı 290T nişanı kiçik həcmli aqreqata işarədir) daxil olacaqdır.

Hər iki mühərrik i-HEC (High Efficiency Combustion) yanma texnologiyasına malikdir. Buraya xüsusi formalı giriş kollektoru, 350 bar təzyiqi ilə birbaşa püskürtmə və optimallaşdırılmış yanma kamerası daxildir. Bütün bunlar, 1,6-litrlik dördsilindrli mühərriki, Çində China VI ekoloji standartına (Euro6 standartının bənzəri) malik olan ilk güc aqreqatı edir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.