Çinin GAC (Guangzhou Automobile Group) şirkəti yeni modeli hazırladığını elan edib. Bu, 100 km/saat həddini 1,9 saniyə toplamaq iqtidarında olan Aion AS9 elektrik hiperkarıdır. Onun dizaynı 2019-cu ildə nümayiş etdirilmiş Eno.146 konseptindən ilham alınaraq ayadılmışdır. Yerli KİV-in məlumatına görə, kupenin qiyməti 1.000.000 yuan (268.000 manat) təşkil edəcəkdir.

GAC Eno.146 konsept avtomobili iki böyük qapıya və altı oturacaqlı salona malik idi. Onun adında isə, yaradıcıları Cx aerodinamik müqavimət əmsalını şifrələyiblər - cəmi 0,146. Aion AS9 (GAC bu marka altında elektrik avtomobilləri istehsal edir) seriya modelinin tizerindən göründüyü kimi, seriya avtomobili Eno.146 konseptiniı təkrarlayarsa, o, yalnız konsertin bəzi elementlərini alacaqdır, qalan cəhətdən isə, hiperkar olduqca sadə görünüşə malik olacaqdır. Köpək balığı “burnu” və kameralar əvəzinə adi yan güzgüləri olan alçaq kupe 2022-ci ilin sonu və ya 2023-cü ilin əvvəlində bazara çıxacaqdır.

Hələlik texniki detallar yoxdur. Hiperkarın yalnız ilk “yüzlüyə” sürətlənmə vaxtı (1,9 saniyə)  və qiymət (bir milyon yuan) məlumdur. CarNewsChina nəşrinin ehtimallarına görə, elektrik hiperkarında Aion LX Plus krossoverinin əsaslı şəkildə yenidən işlənmiş texniki hissəsindən istifadə ediləcəkdir. Xatırladaq ki, krossover iki elektrik mühərriki (ümumi gücü 734 at qüvvəsi) və 144,4 kilovat-saatlıq batareya ilə təchiz edilir. Çox güman ki, AS9 üçün güc qurğusunun hasilatı artırilacaqdır. Eyni zamanda, avtomobili yüngülləşdirmək üçün, məsələn, daha az tutumlu batareya quraşdırıla bilər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.