North American Car, Utility and Truck, NACTOY («İlin şimaliamerikan avtomobili, ofrouderi və yük avtomobili») müsabiqəsinin təşkilatçıları Detroytda təşkil edilmiş xüsusi tədbirdə müsabiqənin qaliblərini elan ediblər. Ənənəvi olaraq bu müsabiqə Detroyt avtosalonu çərçivəsində keçirilir, lakin bu ildən başlayaraq sərgi yayda keçiriləcəkdir.

Jurnalistlərdən ibarət olan münsiflər heyəti ilin ən yaxşı avtomobili olaraq Corvette Stingray C8 modelini seçiblər. Tarixində ilk dəfə olaraq ortamühərrikli quruluşa malik olan superkar yeni Hyundai Sonata ilə birlikdə, böyük səs-küyə səbəb olmuş Toyota Supra modelini üstələməyə nail olub.

Qeyd etmək gərəkdir ki, amerikan avtomobili bu titulu son üç ildə ilk dəfədir ki almağa nail olub. Keçən il titul Genesis G70 sedanına, 2018-ci ildə isə Honra Accord modelinə qismət olmuşdu. Xatırladaq ki, əvvəlki nəsil Corvette modelləri NACTOY müsabiqəsində qalib olublar: C7 2014-cü ildə, C5 isə 1998-ci ildə titulun sahib olub.

İlin ən yaxşı krossoveri Kia Telluride modeli olub. Telluride krossoveri qohum Hyundai Palisade modelini və yeni Lincoln Aviator ofrouderini üstələyib. Ən yaxşı yük avtomobili tituluna Jeep Gladiator pikapı layiq görülüb. “Qladiator” Ram Heavy Duty və Ford Ranger modellərini qabaqlayıb.