Təqdimatı gözlənilən “bərkgedən” Audi RS Q8 modeli Nürurqrinqin ən yeyin seriya krossoveri olub. “Bərkgedən” krossover 21 kilometrlik treki 7 dəqiqə 42,253 saniyəyə qət edib. Bu göstərici Mercedes-AMG GLC 63 S modelinin nəticəsindən 7 saniyə yeyindir.

İnqolştadt markasının krossoveri Lamborghini Murcielago SuperVeloce, Nissan GT-R, Mercedes SLS AMG və Ferrari 599 GTB modellərinin zamanları ilə müqayisə ediləcək nəticəni qeyə alıb. Rəsmi olaraq tanınmayan rekord yürüşünün videosu Nurburgring portalında peyda olub.

Audi RS Q8 modeli 600 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 4,0-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz edilir.RS Q8 modeli 100 km/saat həddini 3,8 saniyəyə toplayır. Onun maksimal sürəti elektronika tərəfindən 305 km/saat həddində məhdudlaşdırılıb.

Yeni bayraqdar krossoveri adi Q8 və “qaynar” SQ8 modelindən ciddi fərqlənir. Audi RS Q8 modeli iri hava girişləri olan bamperləri, nazik profilli şinlərlərlə təchiz edilmiş 22-düymlük təkər diskləri, buraxılış sisteminin oval şəkilli çıxış boruları və parlaq-qırmız rəngli əyləc supportları ilə seçilir.