Yoop Donkervoort tərəfindən əsası qoyulmuş Hollandiyanın Donkervoort şirkəti klassik Lotus Seven modelinin motivləri əsasında yaradılmış yüngül və güclü idman avtomobilləri ilə məşhurlaşıb. Bu günlərdə hollandiyalılar yeni sportkarlarını - F22 adını almış superkarı təqdim ediblər.

Yeni modelin beşinci nəslin nümayəndəsi olan çoxməqsədli Lockheed Martin F-22 Raptor qırıcısının şərəfinə adlandırıldığını düşünə bilərsiniz, lakin bu heç də belə deyil. Əslində yeni sportkar şirkətin baş direktoru Denis Donkervortun ilk övladının – 2022-ci ilin may ayının 22-də anadan olmuş qızı Filippanın şərəfinə adlandırılıb.

Ancaq adın belə sevimli izahına baxmayaraq, yeni superkar qadın avtomobilindən daha çox qırıcıya yaxındır. Donkervoort F22 modeli karbondan elementlər ilə tamamlanmış polad boru çərçivəsinə əsaslanır - nəticədə avtomobilin çəkisini 750 kiloqram səviyyəsində saxlamağa müvəffəq olan hollandiyalılar, yeni sportkarın kuzovunu D8 GTO modelində olduğundan iki dəfə daha sərt etməyə nail olublar.

Üstəlik, yeni sportkarın ikiyerli salonu daha geniş alınıb. Ümumi istifadə yolları üçün sertifikatlaşdırılmış superkar kifayət qədər asketik salona malikdir - Recaro oturacaqları 6-nöqtəli təhlükəsizlik kəmərləri ilə təchiz olunub, sürücünün sərəncamına isə, yalnız rəqəmsal cihazlar paneli və avtomobilin əksər funksiyalarının idarəetmə orqanları olan çoxfunksiyalı sükan çarxı verilib.

Ön panelin sürücü tərəfindəki iPad Mini planşetindən ibarət olan multimedia sistemi opsiyadır. Eyni zamanda, kondisioner və hətta 298 litr həcmi olan baqaj da nəzərdə tutulub. Donkervoort F22 markanın bütün avtomobillərinə xas olan firma üslubunda dizayna malikdir:  o, uzun kapotu, buraxılış sisteminin yan tərəfə çıxarılmış boruları və qanadlar bərkidilmiş ayrıca təkərləri ilə seçilir.

Bütün kuzov panelləri, o cümlədən irəli-yuxarı açılan qapılar karbondan hazırlanıb və aerodinamika baxımından optimallaşdırılıb. İşıqlandırma cihazları tamamilə işıq diodlarındandər, kuzov isə transformasiya olunur.

Avtomobilin sahibi karbondan hazırlanmış dam panelini əl ilə çıxararaq, öz superkarını tarqaya çevirə bilər. Şirkət Audi güc aqreqatlarına sadiqliyini qoruyub - yeni F22 modelində 500 at qüvvəsi hasil edən yenidən işlənilmiş 2,5-litrlik beşsilindrli turbomühərrik alıb.

Mühərrik, Bosch şirkətinin dövrələri uyğunlaşdırma texnologiyası ilə təchiz edilmiş yüngül qısagedişli 5-pilləli mexaniki transmissiya ilə birləşdirilib. Arxa ötürməli avtomobil yüksək sürtünməli Torsen diferensialına, güclü AP Racing əyləclərinə, həmçinin xüsusi ABS sisteminə və tənzimlənən trəkşn-kontrola malikdir - başqa köməkçilər nəzərdə tutulmayıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Opsional avadanlıqlar siyahısına sükan gücləndiricisi və “uzanmış polisləri” təhlükəsiz keçmək üçün klirensi 35 millimetr artıran hidravlik asqı daxil edilib. Donkervoort sirkəti, F22 superkarının, asqının konstruksiyası və öndə 18 düymlük, arxada isə 19 düymlük təkər disklərinə taxılmış Nankang şinləri sayəsində döngələrdə2,15 G həddindən artıq yüklənməni hasil edə biləcəyini bildirib.

Superkar 100 km/saat həddini 2,5 saniyəyə toplayacaq, onun maksimal sürəti isə 290 km/saat olacaqdır. Donkervoort F22 modelinin tirajı 75 nüsxədən ibarət olacaqdır. Superkar 245 min avrodan başlayan qiymətlərlə satılacaqdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.