Koreya istehsalı olan Chevrolet Aveo modeli artıq tarixə çevrilib: onun istehsalı 2020-ci ildə dayandırılıb və varisi olmayıb. Aveo adı yalnız Meksikada qorunub saxlanılıb: bu ad, öz vətənində Chevrolet Sail kimi tanınan və Çin istehsalı olan sedana verilib. Odur ki, Meksikada yeni nəsil Chevrolet Aveo modelinin debüt etməsində təəccüblü bir şey yoxdur. Üstəlik, yeni Aveo sedan deyil, hetçbek kuzovunda debüt edib.

GM konserninin nə Amerika, nə də Koreya bölməsinin bu avtomobillə heç bir əlaqəsi yoxdur. Aveo modelinin yeni nəsli SAIC-GM-Wuling Çin birgə müəssisəsinin əvvəllər 310C kod adı ilə tanınan məhsuludur. Üstəlik, daxili bazarda eyni avtomobil yerli Wuling brendi altında satılacaqdır: belə hetçbek artıq sertifikatlaşdırma şəkillərində göstərilsə də, hələlik təqdimat olmayıb. Yeni hetçbekin satılacağı ilk bazar məhz  Meksikadır – bu ilin avqust ayında Çindəki zavodda ixrac avtomobillərinin istehsalına başlanılıb.

Ümumiyyətlə, Chevrolet şirkətinin Meksika bölməsi Çin mənşəli və istehsalı olan avtomobillərə çoxdan və sıx şəkildə bağlanıb. Artıq qeyd olunan Aveo sedanından başqa, yerli çeşidə Onix və Cavalier modelləri, həmçinin ilkin olaraq Baojun brendi altında hazırlanmış Groove və Captiva krossoverləri, habelə Tracker modeli daxildir. Beləliklə, yeni Aveo hetçbeki inqilab etməyib.

Yeni Aveo modeli barədə məlumat çox azdır, üstəlik interyer şəkilləri dərc edilməyib. Chevrolet xaçı bu beşqapılıya çox yaraşır, baxmayaraq ki, ümumi Aveo modelinin görünüşü ən son Wuling modellərinin - Xingchen və Xingchi krossoverlərinin üslubunda hazırlanıb. Hetçbek yarımüstəqil arxa asqısı olan sadə şassiyə, disk əyləclərinə və 15-düymlük təkər disklərinə malikdir. Fənərlər adi halogenlərdir, LED-lərdən isə yalnız gündüz hərəkət işıqları üçün istifadə olunur.

Meksika mətbuatının məlumatına görə, yeni Aveo 110 at qüvvəli 1,5-litrlik atmosfer mühərriki ilə təchiz ediləcəkdir. Güc aqreqatı mexaniki və ya avtomatik transmissiya ilə tandem çalışacaqdır. Təchizata gəldikdə isə, altı təhlükəsizlik yastığı, ABS və arxa parkinq sensorları elan edilib. Bir sözlə, yeni Chevrolet Aveo ucuz olmalıdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni Aveo modelinin tam ölçülü təqdimatı 2023-cü ilin birinci yarısına planlaşdırılıb. Hetçbekin ardınca sedan da peyda olmalıdır: o, artıq patent şəkillərində, özü də Chevrolet emblemləri ilə nümayiş etdirilib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.