Ford şirkəti Qudvudda keçirilən Sürət festivalına GT superkarının trek versiyasını gətirib. Amerikan istehsalçısı avtomobilin sahibinə «Le Manın 24 saatı» marafonunda çıxış edən yarış avtomobillərinin idarəetməsinə maksimal dərəcə yaxınlaşdırılmış təcrübəni verəcəyini bildirib.

Yeni trek superkarı Le Manda çıxış edən yarış avtomobilinin motivləri əsasında yaradılıb. Layihə üzərində işləyən mühəndislər reqlamnet və qadağalara riayət etməkdən azad olduqları üçün, trek avtomobili daha yüngül və güclü alınıb. Bundan başqa, avtomobili ikiqat spoyler, iri arxa diffuzor və böyüdülmüş ön splitter ilə təchiz ediblər. Aerodinamik təkmilləşdirmələr  GT Mk II modelinin yerəbasma gücünü 181 kq artırmağa imkan verib.

Image alt Image alt Image alt Image alt

Mühəndislər 3,5-litrlik V6 turbomühərrikinin gücünü 700 at qüvvəsinə qədər artırıblar. Müqayisə üçün qeyd edək ki, GTE Pro kateqoriyasında yarışan Ford GT GTE Pro modeli 500 at qüvvəsinə malikdir. Mühərrikin təkmilləşdirilməsi soyutma sisteminin də yenidən işlənməsini tələb edib - superkarın damında peyda olmuş hava girişi buna işarədir. Bundan başqa, radiatorların ölçüsü artırılmış və onlar suyun çilənməsi sistemi ilə təchiz ediliblər. Sonuncu sistem avtomatik olaraq yüksək temperaturlarda aktivləşir.

Ford şirkəti avtomobilin gələcək sahiblərini necə seçəcəyini açıqlamasa da, onun qiymətini səslkəndirib - 1,2 milyon dollar.