Aston Martin şirkəti Qudvudda keçirilən Sürət festivalında, britaniya markasının avtomobil idmanındakı 91 illik tarixinə həsr edilmiş xüsusi seriyanı təqdim edib. Vantage Heritage Racing Editions seriyasından olan 60 avtomobil yeni aerodinamik kuzov dəstinə sahib olacaq və altı tarixi livreyada təklif ediləcəkdirlər.

Aston Martin Vantage Heritage Racing Editions modellərinin əsas xüsusiyyəti 306 km/saat sürətində 194 kilqoramlıq yerəbasma gücü hasil edən aerodinamik kuzov dəsti olacaqdır. Dəstin tərkibinə kanardlar, karbonplastikdən hazırlanmış arxa antiqanad və ölçüləri böyüdülmüş splitter daxildir. Bundan başqa, kupenin altı versiyası da, Sports Plus dəstinə daxil olan yüngülləşdirilmiş təkər diskləri, sükan çarxı, oturacaqlar və karbondan dekor elementləri ilə təchiz edilir.

Livreyaların yaradılması zamanı dizaynerlər tarixi yarış avtomobillərindən ilham alıblar. Onların arasında 1923-cü ildə sürət rekordunu qeydə almağa cəhd göstərən Razor Blade, 1935-ci ildə «Le Manın 24 saatı» marafonunda üçüncü yer tutmuş  Ulster modeli, həmçinin C Qrupunda çıxış edən və zamanına görə radikal sayılan karbon-kevlar monokoka malik olan AMR1 sportprototipi vardır.  Seriyada, müasir Vantage GTE yarış avtomobilinin livreyasını təqlin edən model də olacaqdır.

Yeni nəsil Aston Martin Vantage kupesi Mercedes-AMG şirkətinin istehsalı olan 4,0-litrlik iki turbokompressorlu səkkiz silindrli mühərriklə təchiz edilir. Gün aqreqatı 510 at qüvvəsi və 685 Nm fırlanma anı hasil edir. Mühərrik ZF şirkətinin istehsalı olan səkkiz diapazonlu avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Kupe 100 km/saat sürətini 3,6 saniyəyə toplayır və 313 km/saat maksimal sürət həddinə malikdir.