Ford şirkəti Galaxy və S-Max modellərinin yenilənmiş versiyalarını təqdim edib. Lakin, Avropada təklif edilən model xəttinin ixtisara salınması proqramı çərçivəsində adı çəkilən iki modelin istehsalı dayandırılacaqdır. Bununla belə, hər iki modelin yaşam dövrü bitmədiyindən, Ford onların planlaşdırılmış yenilənməsini həyata keçirib.

Hər iki model ön bamperin yeni dizaynına və başqa təkər disklərinə sahib olublar. Bahalı Vignale və ST-Line versiyaları isə əlavə olaraq daha iri özəkləri olan radiator barmaqlıqlarını əldə ediblər. Yeri gəlmişkən, S-Max ilə yanaşı, Galaxy miniveni də Vignale modifikasiyasında təklif edilir. Bu modifikasiya dəri salon, sükan çarxının qızdırılması və massaj funksiyasına malik olan havalandırmalı oturacaqlarla öyünə bilər.

Image alt Image alt Image alt Image alt Image alt

Salondakı yeniliklər də cüzi xarakter daşıyır: Ford yeni tərtibat variantlarını və xırda dekoru təklif edir. Ötürmələr qutusunun ənənəvi dəstəyi isə yerini şaybaya verib. Xatırladaq ki, keçən il minivenlər PowerShift «robotunu» klassik səkkiz diapazonlu avtomatik qutu ilə əvəzləyiblər. Vignale modelləri üçün standart olan multikonturlu oturacaqları sadə versiyalar üçün də sifariş etmək olar.

Bundan başqa, yenilənmə minivenlərə stop&go funksiyası olan təkmilləşdirilmiş adaptiv kruiz-kontrolu və 10 yaxın mobil qurğunu qoşmaq imkanı verən WiFi nöqtəsinə malik olan FordPass Connect multimedia sistemini bəxş edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ford S-Max və Galaxy modelləri 165 at qüvvəli 1,5-litrlik dördsilindrli EcoBoost benzin turbomühərriki və 6-pilləli mexaniki qutu, həmçinin 150 və 190 at qüvvəli 2,0-litrlik EcoBlue turbodizeli və 240 at qüvvəli iki turbokompressorlu 2,0-litrlik dizel aqreqatı ilə təklif edilirlər. Dizel aqreqatları 6-pilləli mexaniki və ya 8-pilləli avtomatik qutular ilə təchiz edilə bilərlər. Tam ötürməni isə yalnız 190 at qüvvəli mühərrik və avtomatik transmissiya ilə təchiz edilmiş modellər üçün sifariş etmək olar.

Yenilənmiş modellərə sifarişlər Avropada artıq qəbul edilir. Beşyerli S-Max (üçüncü cərgə ayrıca sifariş olunur) 33 min, yeddiyerli Galaxy isə 35 min avroya təklif edilir.