Formula 1 üzrə altıqat dünya çempionu Lyuis Həmilton Mercedes-AMG Project One prototipinin sınaqlarında müşahidəçi qismində iştirak edib. Britaniyalı pilot öz təəssüratları ilə Mercedes-Benz şirkətinin mətbuat xidmətinin hazırladığı videoçarxda bölüşüb.

Həmiltona hiperkarın kamuflyaja bürünmüş və sadələşdirilmiş soyutma və buraxılış sistemi olan seriyaöncəsi nüsxəsini nümayiş etdiriblər. Britaniyalı gördüklərindən məmnun olduğunu bildirib və hiperkarın “güllə kimi sürət yığdığını”, mühərrikin səsinin isə “praktiki olaraq F1 bolidindəki kimi olduğunu” söyləyib.

Videoçarxdakı prototipin interyer elementlərindən məhrum olduğu diqqət çəkir. Hiperkarın sükanı arxasında şirkətin test pilotları işləyirlər. 

Xatırladaq ki, bir müddət bundan öncə Mercedes-AMG nümayəndələri bütün çətinliklərin öhdəsindən gəldiklərini və hiperkarın 2021-ci ildə müştərilərə çatdıralacağını bildirib. Mercedes-AMG One modelinin başlıca problemi onun əsas üstünlüyü – Formula 1 bolidindən götürülmüş 1,6-litrlik mühərriki olub. Yarış mühərrikini ümumi istifadə yollarına buraxılmış avtomobil üçün adaptasiya etmək o qədər də asan olmayıb. Ən böyük çətinliklərdən biri sərbəst  dövrələrdə 5000 dövr/dəqiqə ilə işləməyə adət etmiş mühərriki 1200 dövr/dəqiqədə çalışmağa “öyrətmək” olub