Hyundai şirkəti Aura adlı modelin buraxılacağını bildirən videotizeri dərc edib. Yeni model uzunluğu dörd metrdən qısa olan və Hindistan bazarına ünvanlanmış sedandır. Yerli qanunverciliyə uyğun olaraq, bu kateqoriyadan olan avtomobillərə vergi güzəştləri tətbiq edilir. Bu səbəbdən də, belə modellər böyük tələbata malikdirlər.

Hyundai Aura modeli Hyundai Grand i10 Nios hetçbekinin bazasında hazırlanacaqdır. Yeni model markanın model xəttində əvvəlki nəsil Grand i10 modelinin bazasında yaradılmış Hyundai Xcent sedanına yoldaşlıq edəcəkdir. Bütün modellər Hindistanda paralel olaraq satılacaqdır, çünki köhnə modellər də yaxşı tələbata malikdirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni sedanın xarici görkəmi barədə Grand i10 Nios hetçbekinin eksteryerinə nəzər salmaqla mülahizə yürütmək olar. Böyük ehtimalla, Aura modelinin salonu da hetçbekdən götürüləcəkdir. Çox güman ki, Hyundai Aura modelinin mühərrik çeşidinə 83 at qüvvəli 1,2-litrlik benzin mühərriki və 75 at qüvvəli 1,2-litrlik üçsilindrli turbodizel daxil ediləcəkdir.

Yeni modelin təqdimatı Hindistanda keçiriləcək Auto Expo 2020 sərgisində baş tutacaqdır. Yeri gəlmişkən, Hyundai şirkəti digər bazarlarda da buna bənzər yığcam sedanlar təklif edir. Məsələn, Braziliyada Hyundai HB20S, Çində isə Hyundai Reina modelləri satılır.