Los Ancelesdə keçiriləcək avtosalonda Hyundai şirkəti gələcəyin şəhər krossoverinə dair "inqilabi" dizayn araşdırmasının təqdimatı keçiriləcəkdir. Cənubi Koreya markası gizli fənərlərlə təchiz edilmiş Urban Vision Crossover konsepsiyasının təmsilində "emosional funksionallıq və ətraf mühitə uyğun həyat tərzi" haqqında danışacaqdır.

Hyundai şirkətinin qlobal dizyn mərkəzinin baş vitse-prezidenti və rəhbəri San Jupe Lee, konsepti "məhsula emosionallıq bəxş edən yenilikçi dizayn həllərinin cəmləşdiyi" nəqliyyat vasitəsi kimi səciyyələndirir. Urban Vision Crossover konseptinin üslubu "həssas idman" fəlsəfəsinə dayanır ki, bu üslub da ilk dəfə Le Fil Rouge şou-karında nümayiş etdirilib. Yeni dizayn üslubunun tətbiq edildiyi ilk seriya avtomobili isə Lafesta sedanı olub.

Firma üslubunun xüsusiyyətlərindən biri də fnərlər ilə bir radiator barmaqlığının vizual olaraq birləşdirilməsidir. Məsələn, yeni Hyundai Grandeur modelində fənərlər sadəcə radiator barmaqlığına yaxın yerləşməyiblər, onlar sanki onun davamıdırlar. Bənzər üslubdan yeni konseptdə də istifadə edilib: onun fənərləri gizlədilib, radiator barmaqlığı isə Aston Martin DBZ GT Zagato superkarındakı kimi hərəkət edən hüceyrələrlə təchiz edilmişdir.

Hüceyrələr əvvəlcədən müəyyən edilmiş ardıcıllıqla hərəkət edərək dinamizm effektini daha da gücləndirir. Bundan başqa, radiator barmaqlığı funksional detaldır: hərəkət edən elementlər elektrokarın aerodinamikasını yaxşılaşdırır və hibrid güc gurğusunun soyudulmasını təmin edir.