Maserati Grecale krossoverinin bu il debüt edəcəyi artıq hər kəsə məlumdur. Bu günlərdə Stellantis ittifaqının rəhbəri Karlos Tavares və direktorlar şurasının sədri Con Elkann Maserati şirkətinin Modenadakı zavoduna baş çəkiblər. Ziyarət çərçivəsində Tavares yeni krossoverin prototipi ilə tanış olub.

Qeyd etmək gərəkdir ki, avtomobil hələ də kamuflyaj örtüyünə böürünüb, lakin örtük bir sıra detalları görməyə mane olmur. Məsələn, Levante modelindən fərqli olaraq, Grecale modeli çərçivəli adi qapılara malik olacaqdır. Bundan başqa, qapı dəstəkləri “batırılmış” olacaqdırlar. Yeni model radiator barmaqlığının firma dizaynına və nazik işıq texnikasına sahib olacaqdır.

Krossover Aralıq dənizində əsasən küləyin şərəfinə adlandırılıb və ölçülərinə görə Maserati Levante modelindən bir qədər kiçik olacaqdır. Maserati Grecale krossoveri Alfa Romeo Giulia və Stelvio modellərinin əsasını təşkil edən Georgio platformasında inşa edilib. Yeni modelin 2,9-litrlik V6 mühərriki ilə təchiz ediləcəyi gözlənilir. Krossover FCA ittifaqının Kassinodakı zavodunda buraxılacaqdır.