Manhart atelyesinin mütəxəssisləri əvvəlki nəsil BMW M140i xDrive hetçbekini təkmilləşdiriblər. Mütəxəssislər mühərrikin proqram təminatının yenilənməsi və buraxılış sisteminin yenisi ilə əvəz edilməsi sayəsində mühərrikin gücünü 429 at qüvvəsinə, fırlanma anını isə 644 Nm qədər artırmağa müvəffəq olublar.

Manhart nümayəndələri öz əsərlərini MH1 400 adlandırıblar. Tüninq keçmiş hetçbek karbondan hazırlanmış ön splitterə və arxa diffuzora, qısa KW asqısına, 6-porşenli ön əyləc mexanizmlərinə və 19-düymlük qara tutqun rəngli təkər disklərinə sahib olub. Bundan başqa, “bərkgedən” hetçbek saxsı örtüyü, 90 mm-lik çıxış boruları və Manhart yazıları olan səsboğucu sistemə malik olub. Yeni səsboğucu sistem ilə avtomobilin səsi daha gür çıxır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avtomobilin interyerindəki dəyişiklər sükan çarxında, ötürmələr qutusunun selektorinda və dayanacaq əyləcinin dəstəyindəki karbon işləmələrdən ibarətdir. Bundan başqa, salonda gücləndirilmiş mühərrikin vəziyyəti, üfürmənin təzyiqi, yüklənmələr, güc və fırlanma anı barədə məlumatların əks etdirildiyi monoxrom displey quraşdırılıb.

Manhart atelyesi tüninq keçmiş hetçbekin sürətlənmə dinamikasını və dəyişikliklərin qiymətini açıqlayıb.