Nissan şitkəti tüninq aksessuarlarına və komponentlərinə həsr edilmiş Tokyo Auto Salon sərgisində Skyline modelinin bazasında yaradılmış iki şou-karı nümayiş etdirəcəkdir. Şou-karlardan biri markanın idman xarakterindən, digəri isə dəbdədbə eksklyuzivliyindən söhbət açacaqdır.

Nissan Skyline 400R Sprint Concept Yaponiya bazarında top versiya sayılan 400R modelinin bazasında hazırlanıb. 405 at qüvvəsi və 425 Nm fırlanma anı hasil edən 3,0-litrlik VR30DDTT altısilindrli turbomühərriki  və 7-pilləli “avtomat” ilə təchiz edilmiş GT-R Nismo üslubunda kuzov dəstinə, ikirəngli livreya, 20-düymlük təkər diskləri və rəngli şinlərlə təchiz edilib.

Dəbdəbəli Skyline Deluxe Advanced isə bahalı nümayəndəlik sedanlarının üslubunda dizayna sahibdir. Avtomobil tutqun qəhvəyi və gümüşü rəngə malik olan kuzova və eyni rənglərin hakim olduğu salona sahib olub. Bundan başqa, şou-kar iri ölçülü təkər diskləri ilə təchiz edildiyi bildirilir. Bu konsept barədə başqa məlumat verilməyib.